Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ın Bakıda keçirəcəyi oyunun vaxtı açıqlanıb

© Photo : Social media page of Qarabag FC"Qarabağ" FK
Qarabağ FK - Sputnik Azərbaycan, 1920, 01.08.2024
Abunə olmaq
Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
BAKI, 1 avqust — Sputnik. "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubu ilə oyunlarının vaxtı dəqiqləşib.
Klubun mətbuat xidməti məlumat yayıb ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20:00-da start götürəcək.
Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0