Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Paris 2024: Olimpiadanın növbəti günündə Azərbaycanın iki medal ümidi

Zelim Kotsoyev - Sputnik Azərbaycan, 1920, 01.08.2024
Abunə olmaq
Cüdoçu Zelim Kotsoev və boksçu Alfonso Dominqes Parisdə keçiriləcək Oyunların mükafatçıları ola bilərlər.
BAKI, 1 avqust — Sputnik. 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının altıncı yarış günündə Azərbaycan daha bir medal qazana bilər, həm də ən azı bir bürünc medala zəmanət verə bilər.
Cümə axşamı, avqustun 1-də Azərbaycan idmançıları 2024-cü ildə Parisdə keçiriləcək Oyunlarda üç idman növü üzrə çıxış edəcəklər ki, onlardan ikisi medal qazana bilər.
Əsas medal ümidləri yenidən Zelim Kotsoyevin 100 kq çəki dərəcəsində tatamiyə çıxacağı cüdo ilə bağlıdır. Azərbaycan cüdoçusunun öz çəki dərəcəsində dünya reytinqlərinə başçılıq etdiyini nəzərə alsaq, o, əsas favorit hesab olunur. Bundan əlavə, Kotsoev də Hidayət Heydərov (73 kq) kimi bu il dünya çempionu olub.
Azərbaycan cüdoçusu yüksək reytinqi sayəsində ilk dövrəni buraxacaq, 1/8 finalda isə Pyotr Kuçera (Polşa) - Tomas Britseno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.
Azərbaycan boks yığmasının lideri Alfonso Dominqesin (92 kq) 1/4 final görüşünü keçirəcəyi boksda bu gün daha bir medal qazanıla bilər. Onun rəqibi qazax boksçusu Aybek Oralbay olacaq. Qeyd edək ki, Dominqes 2021-ci ilin dünya çempionudur, Oralbay isə 2022-ci ildə Asiya çempionatının qalibi olub.
© AP Photo / Frank Franklin IIAlfonso Dominqes
Азербайджанский боксер Альфонсо Домингес - Sputnik Azərbaycan, 1920, 01.08.2024
Alfonso Dominqes
Azərbaycan təmsilçisi olan kubalı yarımfinala yüksəlsə, ən azı bürünc medala zəmanət verəcək. Boksda üçüncü yer uğrunda döyüşlər aparılmır, ona görə də 1/2 finala yüksəlmək boksçuya Oyunların medalçıları sırasında yer almasına zəmanət verir.
Nəhayət, 3X3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması olimpiya turnirinin qrup mərhələsində daha iki oyun keçirəcək. Azərbaycan basketbolçuları Fransa və Almaniya komandaları ilə qarşılaşacaqlar.
Azərbaycan milli komandasının indiyədək Paris Olimpiadasında 1 qızıl medalı var. Onu cüdoçu Hidayət Heydərov qazanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0