Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Bürünc Əli"nin geri dönüşü: İsmayılov 50 yaşında MDB çempionu titulunu necə qazandı

© Sputnik / Murad OrujovBürünc Əli
Bürünc Əli - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Abunə olmaq
Azərbaycanlı boks veteranının sözlərinə görə, o, hazırda özünü 15-20 yaş cavan hiss edir.
BAKI, 29 iyul — Sputnik. Azərbaycanlı boksçu Əli İsmayılovu əsl fenomen adlandırmaq olar, çünki heç də hər 50 yaşlı idmançıya nəinki yüksək nəticələr nümayiş etdirmək, hətta titullar qazanmaq nəsib olmur.
Amma "Bürünc Əli" (Dünya və Avropa çempionatlarının bürünc mükafatçısı olanda onu belə adlandırırdılar) stereotipləri qıra bilib. Bu yaxınlarda o, Moskvada 33 yaşlı dağıstanlı boksçu Rəsul Maqomedovu ikinci raundda nokaut edərək MDB çempionu titulunu qazanıb.
Veteran 2022-ci ildə yenidən peşəkar boksa qayıdıb və bu müddət ərzində bir çox döyüşlər keçirməyi bacarıb. O, geri dönüşünə Bakıda qələbə ilə başlayıb, ardınca ardıcıl məğlubiyyətlər gəlib. Ancaq uğursuzluqlar təcrübəli idmançını sındırmayıb və o, rinqə çıxmağa davam edib. Bu, sonda ona uğur gətirib. Döyüşün özünə gəldikdə isə, böyük təcrübəsinə baxmayaraq, Əli nəticədən narahat idi.
© Photo : OXUƏli İsmayılov
Али Исмайлов - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Əli İsmayılov

"Necə olmasa, rəqibim gənc idi. Onun 33 yaşı vardı və bütün karyerası hələ qabaqda idi. İlk raundun sonunda həyəcan keçİb getdi. Artıq birinci raundun sonunda ona bir neçə zərbə endirdim, ancaq kor müdafiəyə çəkilməməsi üçün zərbələrimə çox güc vermədim. İkinci raundda yenidən bir neçə zərbə vurdum, sonra zərbələrdəki gücümü artırdım və onu nokauta sala bildim", - İsmayılov "Sputnik Azərbaycan"a müsahibəsində bildirib.

Maraqlı bir nüans. Küncdəki dağıstanlılar Əli İsmayılovun rusca yaxşı danışdığından şübhələnmədikləri üçün arxayın-arxayın qışqır-bağırla Maqomedova məsləhətlər veriblər.

"Məşqçilər qışqıraraq mən yaşlı boksçu olduğum üçün ona döyüşü uzatmağını söyləyirdilər. Döyüşdən sonra mikrofonu götürüb sırf rus dilində tamaşaçılara müraciət edəndə onlar şoka düşdülər", - İsmayılov gülərək xatırlayır.

Boksçu etiraf edib ki, Moskvadakı qələbə onun idmançı üçün yaşının çox olmasına baxmayaraq, karyerasını davam etdirməsi üçün güclü stimullaşdırıcı amil olub. O, Evander Holifild, Corc Forman, Bernard Hopkins və digər əfsanəvi boksçular kimi uğur qazanmaq niyyətindədir.
© Sputnik / Murad Orujov Əli İsmayılov
Али Исмаилов - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Əli İsmayılov
Onun belə əla idman formasını necə qoruyub saxlamasına gəlincə, bu, ilk növbədə sağlam həyat tərzi və daim əməl etdiyi rejim sayəsindədir.

"Mən özümü 15-20 yaş gənc hiss edirəm. Dostlarım və həmyaşıdlarım 30 yaşında olduğumdan da yaxşı formada olduğumu deyirlər", - "Bürünc Əli" vurğulayıb.

Boksçu yaxın vaxtlarda Rəsul Maqomedovla revanş görüşünün keçirilə biləcəyini istisna etməyib, həmçinin ən böyük boks təşkilatlarından birinin əsas kəmərini qazanmağa çalışacağını əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0