SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan olmadan sülh prosesi mümkün deyil - Politoloq

© AFP 2024 / BRENDAN SMIALOWSKIİmza
İmza - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Abunə olmaq
Millət vəkili bilirdirir ki, Azərbaycanın iştirakı olmadan müzkairələrin aparılması, planların cızılması bölgəmiz üçün yaxşı heç nə vəd etmir.
BAKI, 29 iyul — Sputnik. Ötən həftə ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Lui Bono regiona sülh danışıqları üçün səfər etsə də, Azərbaycana gəlmədi. Bu hadisə iki msələni ortaya çıxarır: ya rəsmi Bakı sülh danışıqları ilə bağlı ABŞ-la müzakirələr aparmaq istəmir, ya da ABŞ rəsmi Bakı ilə məsələhətləşmələrdə maraqlı deyil.
© AFP 2024 / JOE KLAMARLui Bono, arxiv şəkli
Lui Bono, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Lui Bono, arxiv şəkli
Rəsmi Bakı uzun illər Qərbin faydasız vasitəçiliyinin nəticəsizliyini görüb. Bu baxımdan nəticəsiz danışıqlardansa, nəticəli danışıqlara üstünlük verdiyini bildirir. Ermənistana isə nəticəli danışıqlar nə qədər maraqlıdır - bax, bu sual doğrur. Azərbaycan və Ermənistan Moskvanın vsaitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmaların icrası dayanıb.
Maraqlı olan həm də budur ki, ABŞ rəsmisi İrəvanda verdiyi açıqlamlarda ləyaqətli və ədalətli sülhdən danışıb. Görünən odur ki, ABŞ-ın ədalətli sülh anlayışı ilə rəsmi Bakının tələbləri arasında uyğunsuzluq var.
Lui Bononun Azərbaycana niyə səfər səfər etməməsi ilə bağlı millət vəkili Ceyhun Məmmədov və politoloq Yeganə Hacıyeva Sputnik Azərbyacan-a danışıblar.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, son vaxtlar davamlı olaraq ABŞ rəsmilərinin Ermənistana səfərlər etdiyini görürük:

"Bu gün ABŞ və Ermənistan arasında sıx əməkdaşlıq var və artıq bu hərbi müstəvidə davam etdiirlir. ABŞ göstərməyə çalışır ki, əsas söz sahibi özüdür. Eyni zamanda ABŞ Azərbaycanla münasibətlərin qorunmasında maraqlıdır. Amma biz hesab edirik bu cür görüşlər barədə Azərbaycan da məlumatlandırılmalıdır. Azərbaycanın iştirakı olmadan müzkairələrin aparılması, planların cızılması bölgəmiz üçün yaxşı heç nə vəd etmir".

© Photo : © Aİİ Mətbuat xidmətiMillət vəkili Ceyhun Məmmədov
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Millət vəkili Ceyhun Məmmədov
Ceyhun Məmmədov qeyd edir ki, bu səfərlər sırf Ermənistanın təhlükəsizliyi ilə bağlıdır:
"Səfərlərdə əsas məqsəd Ermənistanın Qərbə inteqrasiyasının daha sürətləndirmək, bu ölkənin Ruisya ilə əlaqələrini minimuma endirməkdir. Bütün hallarda ABŞ bölgəmizlə bağlı addımlarında bölgə dövlətlərinin maraqlarının nəzərə almalıdır. ABŞ tərəfi ləyaqətli sülhdən danışır, amma bu günə qədər özünü ləyaqətsiz aparan Ermənistana qarşı heç bir addım atmayıb. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, uzun müddət Qərb, o cümlədən ABŞ bu işğala göz yumub".
Millət vəkili onu da vurğulayıb ki, Azərbaycan sülhün reallaşması üçün mövqeyini açıq şəkildə ortaya qoyub:

"Ermənistan konstitusiyası dəyişməlidir. O konstitusiyada qonşulara ərazi iddiaları ifadə olunub. Hələ də Ermənistan bununla bağlı addım atmayıb. ABŞ hesab edirsə ki, Azərbaycan öz beynəlxalq səviyyədə tanınmış əraziləri ilə bağlı güzəşt edəcək, bunda yanılılırlar. Yaxşı olardı ki, Ermənistan sülhü başqa yerdə yox bölgəmizdə axtarsın. Bu günə kimi ABŞ Ermənistana konstitusyası ilə bağlı irad tutmayıb".

Politoloq Yeganə Hacıyeva qeyd edir ki, isistmli olaraq son bir il ərzində Azərbaycanın iştirakı olmadan Qərbin Ermənistanla müzakirələri davam edir:
"Lui Bononun da Bakıya gəlməməsi və bölgə ilə bağlı aparılan müzakirələri bunun bir örnəyidir. Ermənistan-Azərbaycan sülhü ilə bağlı Avropada da bir platforma kimi müzkairələr aparılıb. Biz burada Fransanın qərəzli mövqeyini təkrar etməyə ehtiyac duymuruq. Mən xüsusən də bu ilin aprelində Avropa İtifaqında Ermənistanla ayrıca keçirilmiş görüşü xatırlatmaq istəyirəm. Bu təmaslarda Azərbaycan olmadan bölgə ilə bağlı müzkairələr aparılıb. Azərbaycan olmadan sülh prosesini nizamlamaq mövcud şərtlərdə mümkün deyil".
© Sputnik / Murad Orujov Politoloq Yeganə Hacıyeva
Председатель Института молодых демократов Егяна Гаджиева - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Politoloq Yeganə Hacıyeva
"ABŞ rəsmisinin Ermənistana gəlib, Azərbaycana gəlməməsini ölkəmizə qarşı təzyiq elementi kimi dəyərləndirə bilərik. Bu nümayişkəranə şəkildə Azərbaycanı görməzdən gəlməkdir. Bunun məntiqi davamı olaraq Azərbaycan daxilindəki şəbəkələr vasitəsilə Azərbaycanın Qərblə təması kəsməsi, Rusiya ilə yaxınlaşması kimi təqdim etmək istəyirlər. Bunda Ermənistan tərəfi də maraqlıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 26.07.2024
SİYASƏT
Rəsmi Bakıdan İrəvana sərt xəbərdarlıq: Bölgədə yeni hərbi toqquşma gözlənilirmi?
Xəbər lenti
0