SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Bakıdan İrəvana sərt xəbərdarlıq: Bölgədə yeni hərbi toqquşma gözlənilirmi?

© AP Photo / Luca BrunoAzərbaycan bayrağı, arxiv
Azərbaycan bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Abunə olmaq
Millət vəkili qeyd edir ki, Ermənistanı silahlandırmaqla yanaşı, Rusiyanın bölgədə nüfuzunu zəiflətməyə çalışırlar.
BAKI, 26 iyul — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər.

"Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir", - MN-in xəbərdarlığında deyilir.

Müdafiə Nazirliyinin bu sərt bəyanatı Ermənistanda da rezonans doğurub. Ermənistan XİN açıqlama yayaraq sözü gedən təxribatların Ermənistan tərəfi ilə bağlı olmadığını iddia edib. Avropa İttifaqınının Avropa Sülh Fondunun Ermənistan müdafiə qabiliyyətinin artırılmasına ayırdığı 10 milyonluq yardım, ABŞ-Ermənistan hərbi təlimləri və son olaraq İrandan 500 milyon dollarlıq döyüş vasitələrinin alınması ilə bağlı iddialar regionda hərbi qarşıdurma ssenarisinin işə salınmaq üzrə olduğunu göstərir. Hər nə qədər də Ermənistana yardım edən bütün tərəflər addımlarını sülhə yönəlik və suveren hüququn istifadəsi kimi tədim etməyə çalışsa da, nəticədə baş verənlər xoşməramlı bütün niyyətləri sual altına alır.
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və hərbi ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.
© Sputnik / Murad OrujovMillət vəkili Arzu Nağıyev
Депутат Милли Меджлиса (парламента) Азербайджанской Республики, член межпарламентской группы дружбы Азербайджан-Беларусь Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Millət vəkili Arzu Nağıyev
Millət vəkili Arzu Nağıyev deyir ki, bu Ermənistana edilən ilk xəbərdarlıq deyil:
"Son vaxtlar Ermənistana hərbi yardımların artması gərginliyin artırılmasına və Azərbaycana qarşı edilir. Avropa Sülh Fonudunun ayırdığı vəsait yeni silahların alınması, bir alayın qurulması üçün xərclənəcək. Sülh adı altında təqdim olunsa da, bu yardım sülh üçün nəzərdə tutulmayıb. Kənar güclər Ermənistandan istifadə edərək Cənubi Qafqazda söz sahibi olmaq istəyirlər. Daha əvvəl də Fransa və Ermənistan müdafiə nazirlikləri arasında silah alınması ilə bağlı razılaşmalar əldə olunmuşdu və hətta həmin silahların bir qismi artıq Ermənistana çatdırılıb. Bütün bu addımlar Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə təhdid yaratmaq üçündür".
Deputat qeyd edir ki, Ermənistanı silahlandırmaqla yanaşı, Rusiyanın bölgədə nüfuzunu zəiflətməyə çalışırlar:

"Ermənistan KTMT-də fəaliyyətini qeyri-müəyyən bir vəziyyətə salıb, amma eyni zamanda Qərblə hərbi tərəfdaşlığını genişləndirir. Bu hərbi tərəfdaşlıq Ermənistanın eyni anda iki stulda oturmaq siyasətinin tərkib hissəsidir. Maraqlı məqam bundan ibarətdir ki, İran Qərbin Ermənistana bu qədər silah-sursat ayırmasına susur. Rusiya isə baş verənləri qəbuledilməz sayır. Azərbaycan bütün bu addımları diqqətlə izləyir".

"Ermənistan daxili və xarici siyasəti, müstəqilliyi olmadığı üçün bütün bu yardımların nə ilə nəticələnəcəyini dərk edə bilmir. Hərbi təxribatların artmasına qarşı Azərbaycan tərəfindən mütləq addımlar atılacaq. Həmin sülh fondu bir vaxtlar Ukraynanı silahlandırmışdı, digər dövlətləri silahlandırmışdı. Onlar ciddi cəhdlə hər yerdə fiaskoya uğrayırlar, indi də Cənubi Qafqazda Ermənistanı plasdarm kimi seçiblər. Regionda silahlanmanın artması yenidən münaqişənin alovlanmasına və sülh prosesinin məhv edilməsinə xidmət edir", - millət vəkili fikirlərini yekunlaşdırıb.
Hərbi ekspert Ramil Məmmədli isə bildirib ki, Ermənistan və Azərbaycan arasında bu gərginliyin soyumamasının əsas səbəblərindən biri bölgədə kənar qüvvələrin mövqelərinin güclənməsidir:
"Ermənistan bundan öz məqsədləri üçün istifadə edir. Bu ölkə Qərbin dəstəyi ilə mövqelərini gücləndirməyə çalışır. Onun mövqelərini gücləndirən amillər sırasında ABŞ və Fransanın bu ölkənin müdafiə potensialı üçün etdiyi yardımlardır. Müharibə bitib və onun ardınca məğlub Ermənistan işğal altında saxladığı ərazilərin bir qismindən çıxmalı olub. Ermənistanın silahlandırılması üçün səfərbər olan ölkələr bu ölkə ilə böyük məbləğdə müqavilələr imzalayıblar".
© Photo : AZƏRTACHərbi ekspert Ramil Məmmədli
Ramil Məmmədli - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Hərbi ekspert Ramil Məmmədli
Ekspert xatırladıb ki, müharibədən keçən üç illik dövr ərzində ABŞ, Aİ missiyası adı altında Fransa və Almaniya ordusunun zabitləri Ermənistana gəlib:
"Bütün bu qüvvələr Ermənistan ordusunun yenidən formalaşdırılması istiqamətində işlər aparır. Mən üç ildir ki, Qərb hərbi təmsilçilərinin Ermənistan ordusunda rol aldığını deyirəm. Bir neçə gün əvvəl bu təsdiqləndi. Bu faktiki olaraq ABŞ-ın Ermənistanda hərbi birləşmə formalaşdırma mənasına gəlir. Faktiki olaraq Ermənistan soyuq müharibənin getdiyi ölkəyə çevrilir".

"Bütün bu baş verənlər Ermənistanın konkret mövqe nümayiş etdirməsinin qarşsını alır. Nəticədə Azərbaycanla sərhəddə gərginlik artır. Dəfələrlə qeyd etmişəm ki, Qərb dairələri Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razıalşmaları effektsiz vəziyyətə gətirmək üçün müxtəlif oyunlar qurur. Ermənistanın silahlandırılması da bunlardan biridir. Azərbaycan-Ermənistan şərti sərhədində baş verənlər əslində bunun tərkib hissəsidir. Azərbaycan MN-nin son bəyanatı da bölgədə toqquşmaların ola biləcəyi ehtimalını artırır", - Ramil Məmmədli vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0