https://sputnik.az/20240726/rusiya-ve-turkiyenin-xususi-xidmet-orqanlari-subheli-ukraynali-terrorcunu-zerersizlesdirib-466279349.html
Rusiya və Türkiyənin xüsusi xidmət orqanları şübhəli ukraynalı terrorçunu zərərsizləşdirib
Rusiya və Türkiyənin xüsusi xidmət orqanları şübhəli ukraynalı terrorçunu zərərsizləşdirib
Sputnik Azərbaycan
Türkiyə Moskvanın şimalında avtomobili partlatmaqda ittiham olunan şəxsi Rusiya tərəfinə təhvil verib. 26.07.2024, Sputnik Azərbaycan
2024-07-26T21:15+0400
2024-07-26T21:15+0400
2024-07-26T21:15+0400
nato
yazarlar
rusiya
türkiyə
terror
moskva
ankara
işid
ssri
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1a/466275922_0:0:1618:910_1920x0_80_0_0_50c5ba39b07bfff6e794d75993e8a78d.jpg
BAKI, 26 iyul — Sputnik. Moskvada terror aktı törətməkdə şübhəli bilinən Yevgeni Serebryakov Türkiyənin Bodrum şəhərində saxlanılaraq əvvəllər görünməmiş ən qısa müddətdə Rusiya İstintaq Komitəsinə təhvil verilib. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, bu əməliyyatın uğuru iki ölkənin hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş işi sayəsində təmin edilib. Dəyəri 10-20 min dollar olan terror aktı İyunun 24-də Moskvanın Sinyavinskaya küçəsində "Toyota Land Cruiser" yolsuzluq avtomobili partladılıb. Burada ən azı bir nəfər ciddi xəsarət alıb. İstintaq orqanları kameralarına düşən terrorçunun şəxsiyyətini dərhal müəyyənləşdiriblər. Həmin gün axşam avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb. Onun Volqoqrad sakini, 1995-ci il təvəllüdlü Yevgeni Serebryakov olduğu müəyyən olunub. Həmin vaxt Serebryakov Moskva məhkəməsi tərəfindən adam öldürməyə cəhd və partlayıcı maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib. Həbsindən sonra Serebryakov etiraf edib ki, 2023-cü ilin ayından etibarən Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlığa başlayıb. Ona partlayıcı qurğunun komponentləri verilib və o, onlardan bomba hazırlayaraq Rusiya hərbçisinin avtomobilinin altına yerləşdirib. Serebryakovun özünün bildirdiyinə görə, bunun üçün ona Ukrayna vətəndaşlığı və 10 mindən 20 min dollara qədər mükafat vəd edilib. Serebryakovun əvvəllər görünməmiş ən qısa müddətdə Türkiyə tərəfindən saxlanılaraq ekstradisiya edilməsi. Bu hekayədə ekspertlərin diqqətini Türkiyə tərəfindən təqsirləndirilən şəxsin əvvəllər görünməmiş ən qısa müddətdə ekstradisiya edilməsi faktı cəlb edib. Heç iki gün keçməmiş Serebryakov Rusiyanın istintaq orqanlarının qarşısına çıxıb. Buna rəğmən, Rusiyada əvvəllər təqsirləndirilən şəxslərin Türkiyə ərazisində ədalətdən qaça bildiyi hallarını da xatırlayırıq. Misal olaraq, 1970-ci ildə terrorçuların ilk dəfə sərnişinlərin olduğu sovet təyyarəsini qaçırdığı bir hadisəni xatırlayaq. Təyyarəni qaçıranlar o zaman 19 yaşlı stüardessa Nadejda Kurçenkonu öldürüb və bir neçə ekipaj üzvünü yaralayıblar. Lakin SSRİ nümayəndələrinin tələblərinə baxmayaraq, həmin vaxt cinayətkarlar ekstradisiya edilməyib. 2017-ci ildə də Türkiyə rusiyalı iş adamı Timur Buxarovu Rusiyaya təhvil verməkdən imtina edib. O zaman Rusiya Federasiyası onu dələduzluqda ittiham edib, lakin Türkiyə hakimiyyəti təqdim edilən dəlilləri kifayət qədər inandırıcı hesab etməyərək ekstradisiyanın Buxarovun hüquqlarını poza biləcəyini hesab edib. Tərəflərin razılığa gələ bilmədiyi digər oxşar hallar da olub. Ancaq zaman keçdikcə və ölkələr arasında münasibətlər inkişaf etdikcə bu məsələyə yanaşma dəyişib. Zaman dəyişdikcə münasibətlər də dəyişir Ölkələr arasında siyasi və hətta hüquqi münasibətlərə müxtəlif amillər təsir göstərir. Məsələn, ikitərəfli münasibətlərin səviyyəsi və əlbəttə ki, dövlət başçıları, yüksək vəzifəli məmurlar səviyyəsində qarşılıqlı anlaşma. Bu baxımdan, Rusiya ilə Türkiyə arasında münasibətlərin müasir səviyyəsi bir çox dövlətlər üçün nümunə ola bilər. Tərəflər enerji sahəsində əməkdaşlığı uğurla inkişaf etdirirlər, onlar arasında ticarət dövriyyəsi artır. Türkiyənin Rusiyadan S-400 komplekslərini alması hesab edilən hərbi-texniki əməkdaşlığa xüsusi diqqət yetirilir. Xatırladaq ki, bu sövdələşmə ABŞ və Türkiyənin üzv olduğu NATO-nun digər iştirakçılarının Ankaraya əvvəllər misli görünməmiş təzyiqlərinə baxmayaraq baş tutub. Razılaşmanın özəlliyi ondan ibarət olub ki, NATO-nun üzvü öz hava məkanının təhlükəsizliyini təmin etmək üçün alyansın açıq şəkildə əsas düşməni adlandırdığı ölkədən silah alıb. Rusiya və Türkiyə beynəlxalq təhlükəsizlik sahəsində də uğurla əməkdaşlıq edirlər. Hər iki ölkə bir neçə il əvvəl İŞİD* və digər terror qruplaşmalarına qarşı şiddətli döyüşlərin getdiyi Suriya ərazisində təmsil olunub. Hazırda Türkiyə və Rusiyanın hərbi qurumları Suriyanın şimalında M-4 şossesinin birgə patrul xidmətinin bərpası ilə bağlı danışıqlar aparır. Bundan əlavə, Ankara israrla Rusiya və Ukrayna arasında hərbi münaqişənin dayandırılmasına çağırır. Bu məsələ Türkiyənin Milli Təhlükəsizlik Şurasının Ankarada keçirilən son iclasında müzakirə edilib və nəticədə münaqişənin tez bir zamanda həlli, ədalətli və davamlı sülhün bərqərar olması istiqamətində səylərin gücləndirilməsi ilə bağlı müraciət edilib. Təbii ki, belə bir vəziyyətdə iki ölkənin müxtəlif qurumları arasında qarşılıqlı anlaşma münasibətlərin ümumi yüksək inkişaf səviyyəsinə uyğundur. Bu vəziyyətə müxtəlif hərbi bloklara daxil olan dövlətlərin maneçilik törətməməsi isə dünyada sabitliyi bərqərar etmək istəməyən müəyyən qüvvələri israrla yaradan və qızışdıran böhranlı vəziyyətlərin uğurla aradan qaldırılmasına nümunə ola bilər. *Rusiyada qadağan edilmiş terror təşkilatıDigər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1a/466275922_0:0:1404:1053_1920x0_80_0_0_4f1f161f2c21c1f329972a5b4a744a3e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
nato, rusiya, türkiyə, terror, moskva, ankara, işid, ssri
nato, rusiya, türkiyə, terror, moskva, ankara, işid, ssri
Rusiya və Türkiyənin xüsusi xidmət orqanları şübhəli ukraynalı terrorçunu zərərsizləşdirib
Türkiyə Moskvanın şimalında avtomobili partlatmaqda ittiham olunan şəxsi Rusiya tərəfinə təhvil verib.
BAKI, 26 iyul — Sputnik. Moskvada terror aktı törətməkdə şübhəli bilinən Yevgeni Serebryakov Türkiyənin Bodrum şəhərində saxlanılaraq əvvəllər görünməmiş ən qısa müddətdə Rusiya İstintaq Komitəsinə təhvil verilib. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, bu əməliyyatın uğuru iki ölkənin hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş işi sayəsində təmin edilib.
Dəyəri 10-20 min dollar olan terror aktı
İyunun 24-də Moskvanın Sinyavinskaya küçəsində "Toyota Land Cruiser" yolsuzluq avtomobili partladılıb. Burada ən azı bir nəfər ciddi xəsarət alıb. İstintaq orqanları kameralarına düşən terrorçunun şəxsiyyətini dərhal müəyyənləşdiriblər. Həmin gün axşam avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb. Onun Volqoqrad sakini, 1995-ci il təvəllüdlü Yevgeni Serebryakov olduğu müəyyən olunub.
Həmin vaxt Serebryakov Moskva məhkəməsi tərəfindən adam öldürməyə cəhd və partlayıcı maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.
Həbsindən sonra Serebryakov etiraf edib ki, 2023-cü ilin ayından etibarən Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlığa başlayıb. Ona partlayıcı qurğunun komponentləri verilib və o, onlardan bomba hazırlayaraq Rusiya hərbçisinin avtomobilinin altına yerləşdirib. Serebryakovun özünün bildirdiyinə görə, bunun üçün ona Ukrayna vətəndaşlığı və 10 mindən 20 min dollara qədər mükafat vəd edilib.
Serebryakovun əvvəllər görünməmiş ən qısa müddətdə Türkiyə tərəfindən saxlanılaraq ekstradisiya edilməsi.
Bu hekayədə ekspertlərin diqqətini Türkiyə tərəfindən təqsirləndirilən şəxsin əvvəllər görünməmiş ən qısa müddətdə ekstradisiya edilməsi faktı cəlb edib. Heç iki gün keçməmiş Serebryakov Rusiyanın istintaq orqanlarının qarşısına çıxıb. Buna rəğmən, Rusiyada əvvəllər təqsirləndirilən şəxslərin Türkiyə ərazisində ədalətdən qaça bildiyi hallarını da xatırlayırıq.
Misal olaraq, 1970-ci ildə terrorçuların ilk dəfə sərnişinlərin olduğu sovet təyyarəsini qaçırdığı bir hadisəni xatırlayaq. Təyyarəni qaçıranlar o zaman 19 yaşlı stüardessa Nadejda Kurçenkonu öldürüb və bir neçə ekipaj üzvünü yaralayıblar. Lakin SSRİ nümayəndələrinin tələblərinə baxmayaraq, həmin vaxt cinayətkarlar ekstradisiya edilməyib.
2017-ci ildə də Türkiyə rusiyalı iş adamı Timur Buxarovu Rusiyaya təhvil verməkdən imtina edib. O zaman Rusiya Federasiyası onu dələduzluqda ittiham edib, lakin Türkiyə hakimiyyəti təqdim edilən dəlilləri kifayət qədər inandırıcı hesab etməyərək ekstradisiyanın Buxarovun hüquqlarını poza biləcəyini hesab edib. Tərəflərin razılığa gələ bilmədiyi digər oxşar hallar da olub. Ancaq zaman keçdikcə və ölkələr arasında münasibətlər inkişaf etdikcə bu məsələyə yanaşma dəyişib.
Zaman dəyişdikcə münasibətlər də dəyişir
Ölkələr arasında siyasi və hətta hüquqi münasibətlərə müxtəlif amillər təsir göstərir. Məsələn, ikitərəfli münasibətlərin səviyyəsi və əlbəttə ki, dövlət başçıları, yüksək vəzifəli məmurlar səviyyəsində qarşılıqlı anlaşma. Bu baxımdan, Rusiya ilə Türkiyə arasında münasibətlərin müasir səviyyəsi bir çox dövlətlər üçün nümunə ola bilər.
Tərəflər enerji sahəsində əməkdaşlığı uğurla inkişaf etdirirlər, onlar arasında ticarət dövriyyəsi artır. Türkiyənin Rusiyadan S-400 komplekslərini alması hesab edilən hərbi-texniki əməkdaşlığa xüsusi diqqət yetirilir. Xatırladaq ki, bu sövdələşmə ABŞ və Türkiyənin üzv olduğu NATO-nun digər iştirakçılarının Ankaraya əvvəllər misli görünməmiş təzyiqlərinə baxmayaraq baş tutub. Razılaşmanın özəlliyi ondan ibarət olub ki, NATO-nun üzvü öz hava məkanının təhlükəsizliyini təmin etmək üçün alyansın açıq şəkildə əsas düşməni adlandırdığı ölkədən silah alıb.
Rusiya və Türkiyə beynəlxalq təhlükəsizlik sahəsində də uğurla əməkdaşlıq edirlər. Hər iki ölkə bir neçə il əvvəl İŞİD* və digər terror qruplaşmalarına qarşı şiddətli döyüşlərin getdiyi Suriya ərazisində təmsil olunub. Hazırda Türkiyə və Rusiyanın hərbi qurumları Suriyanın şimalında M-4 şossesinin birgə patrul xidmətinin bərpası ilə bağlı danışıqlar aparır.
Bundan əlavə, Ankara israrla Rusiya və Ukrayna arasında hərbi münaqişənin dayandırılmasına çağırır. Bu məsələ Türkiyənin Milli Təhlükəsizlik Şurasının Ankarada keçirilən son iclasında müzakirə edilib və nəticədə münaqişənin tez bir zamanda həlli, ədalətli və davamlı sülhün bərqərar olması istiqamətində səylərin gücləndirilməsi ilə bağlı müraciət edilib.
Təbii ki, belə bir vəziyyətdə iki ölkənin müxtəlif qurumları arasında qarşılıqlı anlaşma münasibətlərin ümumi yüksək inkişaf səviyyəsinə uyğundur. Bu vəziyyətə müxtəlif hərbi bloklara daxil olan dövlətlərin maneçilik törətməməsi isə dünyada sabitliyi bərqərar etmək istəməyən müəyyən qüvvələri israrla yaradan və qızışdıran böhranlı vəziyyətlərin uğurla aradan qaldırılmasına nümunə ola bilər.
*Rusiyada qadağan edilmiş terror təşkilatı
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.