CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heydər Əliyev adına parkda ağacların başına nə "oyun" açıblar? Direktor açıqladı - Video

© SputnikParkda kəsilmiş ağaclar
Parkda kəsilmiş ağaclar - Sputnik Azərbaycan, 1920, 24.07.2024
Abunə olmaq
"Turşu məzi" kafesinin sahibi ağacların ətrafını süni qazona bürüyüb.
BAKI, 24 iyul — Sputnik. Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında şəhərimizin sakinlərinin, o cümlədən qonaqların xoş istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bütün lazimi şərait yaradılıb.
Bunu Sputnik Azərbaycan-a Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının direktoru Oksana Həsənova parkdakı ağacların qırılaraq yerində kafenin inşa edildiyi barədə xəbərlərə aydınlıq gətirərkən deyib.
O qeyd edib ki, 11 hektar sahəyə malik olan parkda atraksionlar, 2 açıq idman meydançası və digər iaşə obyektləri vətəndaşlara xidmət göstərməkdədir. Parkın böyük bir hissəsi yaşıllaşdırılıb:
"Sakinlər günün müxtəlif saatlarında bu yaşıllıqlarda istirahət üçün istifadə edirlər. Təkcə bu il ərzində 1000-dən çox ağac əkilib. Bütün yaşıllıqlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir, vaxtı-vaxtında suvarılır və lazımi budama işləri həyata keçirilir".
Həsənova qeyd edib ki, parkın hündür ağaclar olan bəzi hissələrində “qazon” əkmək ekoloji cəhətdən mümkün deyil, çünki ağacların kölgəsi “qazon”un inkişafına mane olur. Buna baxmayaraq, uşaqların həmin ərazilərdə də əyləncəsini təşkil etmək üçün, azyaşlılar yıxılarkən xəsarət almadan oynaya bilsinlər deyə parkın kiçik bir hissəsinə süni ot örtüyü sərilib.
Park ərazisində bir neçə çoxillik Eldar şamının qurumasına gəldincə, Həsənova bildirib ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq müraciətlər edilib. Nazirliyin əməkdaşları ağaclara baxış keçirib. Məlum olub ki, ümumrespublika üzrə Eldar şamlarında yaşanan xəstəliklər park ərazisində də müşahidə olunur və buna görə də lazimi dərmanlama prosesi həyata keçirilib.
23.07.24, 16:28
Heydər Əliyev adına parkda ağacların başına nə "oyun" açdılar
Abşeron rayonu Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında şam ağaclarını qəsdən məhv edilir. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib. Məlumatda bildirilir ki, park ərazisində ağacların altında açıq havada "Turşu məzi" kafesi fəaliyyətə başlayıb.
Həmin kafenin sahibi parkda ağacların ətrafını süni qazonla örtüb. Süni qazon plastik materialdan olduğundan ağacların kökünün nəfəs almasına və sulanmasına mane olur.
Həmçinin parkda attraksionun yerləşdiyi yerdə iki ağac yarıya qədər kəsilib. Buna səbəb şam ağaclarından düşən qozaların parkda qoyulan uşaq əyləncə avadanlığının üstünə düşməsidir. Kəsilən ağacların üzərinə süni yarpaqlar yapışdırılıb.
© SputnikKəsilmiş ağaclar
Kəsilmiş ağaclar - Sputnik Azərbaycan, 1920, 23.07.2024
Kəsilmiş ağaclar
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, həmçinin Abşeron Rayon İcra Hakimiyyətindən faktın araşdırılacağını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xırdalan şəhərinin girişi, arxiv - Sputnik Azərbaycan, 1920, 29.04.2024
CƏMİYYƏT
Xırdalanda neçə ağac kəsilib?
Xəbər lenti
0