https://sputnik.az/20240429/xirdalanda-nece-agac-kesilib-464259075.html
Xırdalanda neçə ağac kəsilib?
Xırdalanda neçə ağac kəsilib?
Sputnik Azərbaycan
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına... 29.04.2024, Sputnik Azərbaycan
2024-04-29T17:13+0400
2024-04-29T17:13+0400
2024-04-29T17:13+0400
xırdalan
cəmiyyət
ağac kəsilməsi
ağac
qanunsuz ağac kəsilməsi faktı
ağacların kəsilməsi
ekologiya və təbii sərvətlər nazirliyi
dövlət ekoloji təhlükəsizlik xidməti
https://cdnn1.img.sputnik.az/img/42248/09/422480961_0:168:1664:1104_1920x0_80_0_0_f95cb75a97feb6281434103cdbadc7da.jpg
BAKI, 29 aprel — Sputnik. Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsi, Misir parkının yanında piyadalar üçün nəzərdə tutulmuş səkilər sökülüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Adıçəkilən ünvanda 10-dan çox ağacın kəsildiyi barədə xəbərlər yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, hazırda həmin ərazidə ağacların kəsilməsi faktı üzrə araşdırma aparılır. "Yalnız araşdırılma aparıldıqdan sonra ərazidə neçə və hansı növ ağacların kəsildiyi məlum olacaq", - qurum sözçüsü bildirib. Məlumatda o da bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə ilə Qalibiyyət küçələrinin kəsişməsində, Misir parkı ilə üzbəüz ərazidə ağacların götürülməsi faktı müəyyən edilib. Xidmət rəsmisi Emin Əliəkbərov qeyd edib ki, araşdırma zamanı ağacların sözügedən ərazidəki qeyri-yaşayış obyektinin sahibi Abbas Yusifov tərəfindən götürüldüyü məlum olub: "Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42248/09/422480961_0:0:1664:1248_1920x0_80_0_0_c31b1b6c3183ccd9f972ddc4350a92f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xırdalan, ağac kəsilməsi, ağac, qanunsuz ağac kəsilməsi faktı, ağacların kəsilməsi, ekologiya və təbii sərvətlər nazirliyi, dövlət ekoloji təhlükəsizlik xidməti
xırdalan, ağac kəsilməsi, ağac, qanunsuz ağac kəsilməsi faktı, ağacların kəsilməsi, ekologiya və təbii sərvətlər nazirliyi, dövlət ekoloji təhlükəsizlik xidməti
Xırdalanda neçə ağac kəsilib?
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır
BAKI, 29 aprel — Sputnik. Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsi, Misir parkının yanında piyadalar üçün nəzərdə tutulmuş səkilər sökülüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Adıçəkilən ünvanda 10-dan çox ağacın kəsildiyi barədə xəbərlər yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, hazırda həmin ərazidə ağacların kəsilməsi faktı üzrə araşdırma aparılır.
"Yalnız araşdırılma aparıldıqdan sonra ərazidə neçə və hansı növ ağacların kəsildiyi məlum olacaq", - qurum sözçüsü bildirib.
Məlumatda o da bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə ilə Qalibiyyət küçələrinin kəsişməsində, Misir parkı ilə üzbəüz ərazidə ağacların götürülməsi faktı müəyyən edilib. Xidmət rəsmisi Emin Əliəkbərov qeyd edib ki, araşdırma zamanı ağacların sözügedən ərazidəki qeyri-yaşayış obyektinin sahibi Abbas Yusifov tərəfindən götürüldüyü məlum olub:
"Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır".