Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqası: "Linkoln" - "Qarabağ" görüşünün hakimləri bəlli olub

© Photo : Social media page of FC Qarabag Qarabağ futbolçuları, arxiv
Qarabağ futbolçuları, arxiv - Sputnik Azərbaycan, 1920, 18.07.2024
Abunə olmaq
"Linkoln" - "Qarabağ" oyunu iyulun 23-ü Cəbəllütariqdəki "Europa Point Stadium"da baş tutacaq.
BAKI, 18 iyul — Sputnik. "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə "Linkoln"ə (Cəbəllütariq) qarşı keçirəcəyi oyununun hakim təyinatı açıqlanıb.
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşmanı macarıstanlı baş hakim İştvan Vad idarə edəcək.
Vencel Tot və İştvan Albert köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.
Bence Şonka isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-ü Cəbəllütariqdəki "Europa Point Stadium"da baş tutacaq. Qaşrılaşmanın start fiti sat 20:00-da səslənəcək.
Xəbər lenti
0