Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

XHƏ: Rusiya Aerokosmik Qüvvələri modernləşdirilmiş MiQ-31BM-lərin yeni partiyasını alıb

© AP PhotoMiQ-31 qırıcısı
MiQ-31 qırıcısı - Sputnik Azərbaycan, 1920, 17.07.2024
Abunə olmaq
Ukrayna hərbi əməliyyatlar teatrında Rusiya aviasiyasının gücü nədir? Ətraflı hərbi ekspert Aleksandr Xrolenkonun materialında.
BAKI, 17 iyul — Sputnik. Qərb çəkinərək Kiyev rejiminə F-16-ları tədarük etməyi planlaşdırdığı halda, Rusiya yerdə və göydə NATO təyyarələrinə qızğın qarşılanma hazırlayır. Rusiya Aerokosmik Qüvvələri 2024-cü ildə modernləşdirilmiş MiQ-31BM qırıcılarının ilk partiyasını əldə edib.
Rusiya Müdafiə Nazirliyinə iyulun 15-də dərin modernləşdirilmiş MiQ-31BM qırıcı-ələkeçiricilərin yeni partiyası verilib. Aviatexnika bir sıra yerüstü və uçuş sınaqlarından uğurla keçib və xüsusi hərbi əməliyyat (XHƏ) zonasında mürəkkəb döyüş tapşırıqlarını yerinə yetirməyə tam hazırdır.
İki nəfərlik yeri olan səsdən sürətli uzaqmənzilli MiQ-31BM qırıcısı istənilən hündürlük diapazonunda, günün istənilən vaxtında, sadə və əlverişsiz hava şəraitində səma hədəflərini ələ keçirmək və məhv etmək üçün nəzərdə tutulub. MiQ-31K modifikasiyası "Kinjal" hipersəs aeroballistik raketinin tətbiqi üçün yaradılıb.
Yeni MiQ-31-lər 1994-cü ildən Rusiyada istehsal olunmur, lakin Nijni-Novqoroddakı "Sokol" aviazavodu 2011-ci ildən bu yaxınlarda istehsal edilmiş (ümumilikdə 500-dən çox) qırıcıları MiQ-31BM səviyyəsinə qədər modernləşdirilməsini həyata keçirir. Hazırda Rusiya Aerokosmik Qüvvələrində 350-yə yaxın MiQ-31 qırıcısı var, onların da 110-dan çoxu MiQ-31BM (MiQ-31K) versiyasına qədər təkmilləşdirilib.
MiQ-31BM-in effektivliyi MiQ-31 ilə müqayisədə iki yarım dəfə artıb. Hava hədəflərinin aşkarlanma diapazonu 320 km-ə, onların məhv edilmə məsafəsi 280 km-ə, döyüş yükünün maksimal çəkisi isə 9000 kq-a qədər artırılıb. Qırıcı-ələkeçirici altı KAB-1500 aviabombası və ya altı uzaqmənzilli R-37M hipersəsli "hava-hava" raketi (sürət 6 Max) və daha altı R-33S raketi göyərtəsində daşımağa qadirdir, ona görə də onun atəş gücündə tayı-bərabəri yoxdur. Titan korpuslu bütün hava şəraitinə uyğun olan MiQ-31BM effektivliyi 90 faizdən çox olan qanadlı raketləri ələ keçirə bilən dünyada yeganə seriyalı qırıcısı hesab olunur. Hava gəmisi 1981-ci ildə istifadəyə verilib, səkkiz modifikasiyadan uğurlu çıxıb və bu gün planetin ən güclüsü olaraq qalır (hətta beşinci nəsil döyüş təyyarələrinin meydana çıxmasından sonra belə).
Ukrayna hərbi əməliyyatlar teatrında Rusiyanın MiQ-31BM ilə qarşıdurmada NATO-nun "vundervaffe" F-16-larının salamat qalma şansı yoxdur. Onlar dərhal səmada və ya aerodromlarda məhv ediləcəklər. ABŞ-ın "Military Watch Magazine" nəşri MiQ-31BM-nin Avropa hərbi əməliyyatlar teatrında yüksək effektivliyini həyəcanla qeyd edir: "Ələkeçiricinin güclü radarı yerüstü radarların və ya erkən xəbərdarlıq və idarəetmə sistemlərinin dəstəyi olmadan R-37M raketlərinin 400 kilometr məsafəsindən istifadə edərək, düşmən təyyarələrini ekstremal məsafələrdə məhv etməyə imkan verir". Bortda olan radar "təmiz güc" sayəsində istənilən radioelektron müharibə sistemini "yandırmağa" qadirdir. MiQ-31BM qırıcı-ələkeçiricinin silahlanması ona hətta aşağı orbitli Yer peyklərini də vurmağa imkan verir.
© Sputnik / Maksim Blinov / Mediabanka keçidMİQ-31 qırıcıları
Истребители МиГ-31 с гиперзвуковыми авиационными комплексами Х-47М Кинжал  - Sputnik Azərbaycan, 1920, 17.07.2024
MİQ-31 qırıcıları
Qüsursuz "qatil"
MiQ-31K zərbə tıəyyarəsi iyulun 11-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin (USQ) Çernomorskiydəki məxfi raket arsenalını məhv edib. Onun silah-sursatının partlaması o qədər güclü olub ki, Odessa sakinləri bu səsi 20 km-ə qədər məsafədən eşidiblər. MiQ-31K X-47M2 (10 Max) hipersəs raketini 25 km məsafədə qaldıra bilir. Qarşısıalınmaz "Kinjal"lar (2000 km-ə qədər məsafədə) USQ-nin mühüm obyektlərini, NATO-nun hava hücumundan müdafiə sistemlərini, o cümlədən "müstəsna" olan "Patriot" zenit raket komplekslərini (ZRK) və "hegemon"un nüfuzunu metodik şəkildə məhv edir (2022-ci ilin martından, USQ-nin Ukraynanın qərbindəki strateji yeraltı arsenalı bir zərbə ilə məhv edildikdən sonra). Atış nöqtəsindən 2000 km-dən çox məsafədə yerüstü hədəflərə yüksək dəqiqliklə zərbələr endirmək üçün nəzərdə tutulan Rusiyanın ağır MiQ-31K-ləri NATO-da qorxu yaradır.
ABŞ analitikləri etiraf edirlər ki, Rusiyanın MiQ-31-i dünyanın ən ağır və ən sürətli müasir qırıcıdır. Modernləşdirilmiş MiQ-31BM və onun silahlanması ABŞ və NATO üçün əlçatmaz texnoloji zirvə olaraq qalır. MiQ-31-in döyüş potensialının Qərb mütəxəssislərindən "məxfiliyi" də taktiki üstünlük hesab olunur - qırıcı heç vaxt ixrac olunmayıb və Varşava Müqaviləsi ölkələrinə verilməyib.
Eyni zamanda ukraynalı F-16 qırıcılarının pilotlarının təlimi zəifdir və artıq bir ildən çoxdur ki, davam edir. Pentaqonun reportajlarına görə, Ukrayna Silahlı Qüvvələrinin mütəxəssisləri artıq bir propeller ilə "Tutor T1" təlim maşınına yiyələniblər və reaktiv təyyarələrə keçməyə yaxındırlar. Rusiyanın Hava Hücumundan Müdafiə heyəti və pilotları Ukraynanın MiQ-29 təyyarələri üzərində təlim keçərək səbirsizliklə Qərbin uzun müddətdir vəd etdiyi F-16 "hədəflərini" gözləyir.
XHƏ zamanı USQ-nin 628 təyyarəsi, yəni döyüş xüsusiyyətlərinə görə ABŞ-ın F-16-sından heç bir şəkildə zəif olmayan yüzlərlə dördüncü nəsil qırıcısı (Ukraynanın MiQ-29 və Su-27 qırıcısı) məhv edilib. Təsadüfi deyil ki, Almaniya Qərbin "qırıcı koalisiyasına" qoşulmaqdan imtina edib, çünki Kiyev rejiminə döyüş təyyarələrini vermək faydasız və ümidsizdir. Rusiyanın MiQ-31BM qırıcısı (MiQ-31K) gecə və gündüz, istənilən hava şəraitində XHƏ-nin məqsədlərinə nail olmağı qaçılmaz olaraq yaxınlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0