Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rusiyada sənətçilərə dresskodun tətbiqinə azərbaycanlılar necə münasibət bəsləyirlər

© Photo : courtesy of Dilara KazimovaDilarə Kazimova
Dilarə Kazimova - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Abunə olmaq
Yerli məşhurlar paltarların tədbirdən asılı olaraq seçilməli olduğuna inanırlar.
BAKI, 14 iyul — Sputnik. Bu yaxınlarda Rusiya Mədəniyyət Nazirliyi tədbirlərdə yaş məhdudiyyəti olmadan çıxış edən sənətçilər üçün dresskodun tətbiqi ideyasını dəstəkləyib. Bu tələb sənətçilərin geyim tərzinin qanunla tənzimlənməsinin absurdluğa gətirib çıxaracağına və onların yaradıcılığını məhdudlaşdıracağına inanan Rusiya şou-biznesinin ulduzlarının narazılığına səbəb olub.
"Sputnik Azərbaycan" azərbaycanlı məşhurların bu barədə nə düşündüklərini və bu cür məhdudiyyətlərin tətbiqinin nə dərəcədə düzgün olduğunu öyrənib.
"Harada nə geyinəcəyini bilmək lazımdır"
Azərbaycanlı müğənni Dilarə Kazımova etiraf edib ki, geyimlərini həmişə tədbirdən asılı olaraq seçir.

"Çıxış edəcəyim yerin mənim üçün böyük əhəmiyyəti var. Tədbirin dresskoduna uyğun gələcək geyimləri seçməyə çalışıram. Beynəlxalq layihələrdə çıxış edərkən rəqqaslarla bigə təşkilatçıların ənənələrini nəzərə alır və onlarla məsləhətləşirik ki, sonra heç bir problem və anlaşılmazlıq yaranmasın", - Kazımova "Sputnik Azərbaycan"a bildirib.

Tanınmış müğənni Roza Zərgərli da onunla razılaşıb. Sənətçi qeyd edib ki, hər zaman çıxışlarına diqqətlə hazırlaşır və hər konsert üçün yaddaqalan geyimlər seçir. Tədbirin tərzi onun üçün çox önəmlidir. Müğənni yaş məhdudiyyəti olmayan dövlət və bələdiyyə tədbirlərində daha çox qapalı libaslar geyinməyi vacib sayır.
Sovet dövrünə geri dönmək
Musiqi tənqidçisi Əminə Eminova sənətçilər üçün dresskodun tətbiqini yanlış hesab edir. Onun fikrincə, ifaçılar nə geyinəcəklərinə özləri qərar verməlidirlər. O, əmindir ki, təkcə azərbaycanlı deyil, həm də stilistlərlə işləyən xarici ulduzlar dövlət, kommersiya və beynəlxalq tədbirlərdə necə geyinməyi yaxşı bilirlər.

"Sovet dövründə müəyyən dresskodu mövcud idi. Əgər bu, tədbirin statusunu, yüksək vəzifəli şəxslərin iştirakını nəzərdə tutmursa, nə geyinəcəyinə sənətçi özü qərar verir. Bəzən bir konsertdə bir neçə obraz dəyişdirilir - bu, şoudur. Biz SSRİ-yə qayıtmaq riski ilə üz-üzəyik. O zamanlar səhnədə yalnız üzlər dəyişirdi, geyimlər isə, demək olar ki, eyni idi", - Eminova hesab edir.

O, əmindir ki, Azərbaycanda belə tələblər qoyulmayacaq, çünki sənətçilərimiz geyim seçimində heç bir problem yaşamayıblar.
Ulduzlar necə geyinməlidir?
Azərbaycanlı modelyer Yegana Axundova hesab edir ki, geyim tərzi ideyası müasir dövr üçün olduqca qəribə görünür. O, diqqəti ona yönəldib ki, əksər yerli məşhurlar - məsələn, Aygün Kazımova, Röya Ayxan, Tünzalya Ağayeva, Lalə Məmmədova, Aysel Məmmədova hansı auditoriya qarşısında çıxış edəcəklərini başa düşürlər.

"Rusiyada sənətçilər üçün dresskodu tətbiq ediləcəyi xəbərini oxuduğumda şok oldum. Bəli, həm Rusiya, həm də bizim səhnəmizdə öz səhnə geyimlərində sərhədi keçən müğənnilər var. Kənardan bu, çox vulqar görünür. Ancaq digər tərəfdən zamanla ayaqlaşmaq lazımdır. Üstəlik, əyləncə janrı bədənin gözəl hissələrinin nümayişi deməkdir. Bütün dünya ulduzları açıq geyimlərdə çıxış edirlər", - Axundova "Sputnik Azərbaycan"a bildirib.

Mütəxəssis hesab edir ki, bütün məşhurlar peşəkar stilistlər və modelyerlərlə işləməlidirlər, onda heç bir problem və ya lazımsız söhbətlər yaranmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azerbaijan Fashion Week - Sputnik Azərbaycan, 1920, 06.12.2023
MƏDƏNİYYƏT
Bakı dünyanın daha bir moda paytaxtı olmağa iddialıdır
Xəbər lenti
0