Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakı dünyanın daha bir moda paytaxtı olmağa iddialıdır

© Sputnik / Murad OrujovAzerbaijan Fashion Week
Azerbaijan Fashion Week - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Abunə olmaq
Azərbaycanlı dizaynerlər ölkədə moda sənayesinin inkişafından məmnundurlar.
BAKI, 6 dekabr — Sputnik. Azərbaycanlı dizaynerlərin fikrincə, gələcəkdə Bakı dünyanın daha bir moda paytaxtı adına iddialı ola bilər.
Bu il Azərbaycanın paytaxtında "Azerbaijan Fashion Week"in 15-ci mövsümü və "Baku Fashion Week"in ilk mövsümü keçirilib. Hər iki tədbir yüksək səviyyədə təşkil olunub. Tədbirdə təkcə tanınmış azərbaycanlı deyil, həm də xarici dizaynerlər iştirak ediblər. Bu isə, ümumilikdə ölkədə moda sənayesinin inkişaf etdiyini göstərir.
Tədbirlər həm də xarici KİV-də də işıqlandırılıb, onların müəllifləri, həmçinin qeyd ediblər ki, Bakı gələcəkdə Milan, Paris, London və Nyu-Yorkla yanaşı, növbəti dünya moda paytaxtına çevrilə bilər. Buna azərbaycanlı dizaynerlər də əmindirlər.
"Bakıda hər cür şərait var"
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Fəxriyyə Xələfova bildirib ki, "Azerbaijan Fashion Week"də hər il fəal iştirak edir. Bu il o, "Şərq fantaziyası" retrospektiv kolleksiyasını nümayiş etdirib. Bura dizaynerin Fransa, İtaliya, Avstriya, Özbəkistan və digər ölkələrdə moda həftələrində təqdim etdiyi geyimləri daxil olub.
© Photo : social page of Zulfiyya KhalafovaAzərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Fəxriyyə Xələfova
Заслуженный деятель культуры АР Фахрия Халафова - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Fəxriyyə Xələfova

"Bu il Bakıda bir neçə moda həftəsi keçirilib, onlara xarici dizaynerlər tərəfindən böyük fəallıq və maraq var. İlk növbədə qeyd edim ki, bu tədbirlərin keçirilməsi üçün istifadə olunan məkanlar çox gözəl, müasir, yaxşı texniki avadanlıqlara malikdir. Əsas odur ki, insanlar onları böyük həvəslə ziyarət edirlər. Bu, bizi, dizaynerləri, təşkilatçıları və paytaxtımızın qonaqlarını sevindirir", - deyə Xələfova "Sputnik Azərbaycan"a bildirib.

Dizayner sevinir ki, azərbaycanlı modelyerlər onun özü kimi kolleksiyalarını yaradarkən milli və etnik naxışlardan istifadə edir və ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra çox aktuallaşan Qarabağ mövzusuna toxunurlar. Xələfova hesab edir ki, Bakı dünyanın daha bir moda paytaxtı adına iddialı ola bilər, çünki ölkədə yüksək moda nümayişləri keçirmək üçün hər cür şərait var.
"Moda həftələri kimi istiqaməti daha fəal inkişaf etdirmək üçün azərbaycanlı modelyerlər də beynəlxalq məkanlarda çıxış etməlidirlər. Bu, Azərbaycana və moda sənayemizə diqqəti cəlb edəcək. Parisdə və Milanda, eləcə də Avstriya keçirilən bir çox yüksək moda həftələrində kolleksiyalarımı nümayiş etdirmişəm. Mən hələ də bir çox beynəlxalq layihələrdən dəvətlər alıram", - deyə Xələfova bildirib.
O, gələcəkdə Bakıda təkcə azərbaycanlı deyil, həm də xarici dizaynerlərin öz geyimlərini nümayiş etdirib sata biləcəkləri ticarət platforması açmağı xəyal edir.
"Çox istedadlı dizaynerlərimiz var"
Zümrüd Mirzəliyeva 23 ildən artıqdır ki, dizaynerdir. O, təkcə Azərbaycanda deyil, bir çox xarici ölkələrdə də tanınır. Modelyer, əsasən milli Azərbaycan geyimlərinin eskizlərini işləyib hazırlayır, lazımi dəbli parçalar seçir və ənənəvi motivləri və müasir tendensiyaları birləşdirən müasir geyim obrazını yaradır.
© Photo : social page of Zumrud MirzaliyevaZümrüd Mirzəliyeva
Дизайнер Зумруд Мирзалиева - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Zümrüd Mirzəliyeva
O, iki ilə yaxındır ki, nə Bakıda, nə də xaricdə kolleksiyalarını nümayiş etdirmir, lakin moda həftələrinin hazırkı səviyyədə təşkilini görərək, yeni ildə bu həftələrdə iştirak etmək arzusuna düşüb. Dizayner hesab edir ki, bu, Azərbaycanın moda sənayesi üçün böyük uğurdur.

"Bəzi moda nümayişlərində iştirak etdim və bu qədər istedadlı dizaynerlərimizin olmasına təəccübləndim. Onların kolleksiyaları çox qeyri-adi və orijinal idi. Şadam ki, onlar öz üzərlərində işləyib təkmilləşirlər və xaricdə öz geyimlərini layiqincə təmsil edə biləcəklər. Qoy hamı azərbaycanlı dizaynerlərin necə istedadlı olduqlarından xəbər tutsun. Düşünürəm ki, Bakı artıq moda paytaxtı adına iddialı ola bilər", - deyə Mirzəliyeva agentliyə bildirib.

"Biz heç də başqalarından pis deyilik"
Azərbaycanlı modelyer Kamilla Babayeva 2019-cu ildə özünün "L'ARC" brendini təsis edib və bu illər ərzində kolleksiyalarını təkcə Bakıda deyil, ölkə hüdudlarından kənarda da dəfələrlə nümayiş etdirib. O, fashion-təcrübələrdən qorxmayan, dəblə ayaqlaşan müasir, cəsarətli, özünə güvənən xanımlar üçün geyimlər yaradır. Onun paltarları əsasən zərif cinsin məşhur nümayəndələri tərəfindən seçilir. Sentyabr ayında o, Londonda öz geyimlərini uğurla təqdim edib.
© Photo : socail page of Kamilla BabyevaAzərbaycanlı modelyer Kamilla Babayeva
Азербайджанский модельер Камилла Бабаева - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Azərbaycanlı modelyer Kamilla Babayeva
Babayevanın sözlərinə görə, London modasevərləri onun kolleksiyasından məmnun qalıblar və Azərbaycanda bir çox dünya brendləri ilə rəqabət apara biləcək belə istedadlı dizaynerlərin olmasından şoka düşüblər. O, bu yaxınlarda "Baku Fashion Week" çərçivəsində son yaradıcılığı olan "Diva"nı təqdim edib.

"Bundan əvvəl Bakıda qapalı moda nümayişləri təşkil edirdim. Ölkəmizdə keçirilən moda həftələri lazımi səviyyədə deyildi, ona görə də onlara qatılmağa həvəsim yox idi. Baku Fashion Week isə yüksək səviyyədə təşkil olunmuşdu. Orada dünya moda sənayesinin tanınmış nümayəndələri iştirak ediblər. Moda nümayişlərindən sonra bütün rəylər müsbət olub. Tədbirin beynəlxalq standartlara uyğun olduğu qeyd edilib", - deyə Babayeva "Sputnik Azərbaycan"a bildirib.

"Dizayner əmindir ki, gələcəkdə Bakı dünya modasının paytaxtlarından birinə çevriləcək. Bütün bunlar tezliklə baş verəcək, biz buna doğru gedirik", - deyə Babayeva fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Модель во время показа коллекций на Azerbaijan Fashion Week - Sputnik Azərbaycan, 1920, 04.12.2023
FOTO
"Azerbaijan Fashion Week"in ən diqqətçəkən görüntüləri
Xəbər lenti
0