Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hamilə qadınlar istidən necə qorunmalıdır?

© AFP 2024 / LOIC VENANCEHamilə qadın, arxiv
Hamilə qadın, arxiv - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Abunə olmaq
Dilarə Zeynalova isti günlərdə hamilə qadınlarda bədənin su balansını necə qorumalı olduğunu da açıqlayıb.
BAKI, 14 iyul — Sputnik. Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Dilarə Zeynalova isti yay günlərində hamilə qadınların sağlamlığının qorunması ilə bağlı faydalı məsləhətlər verib. Sputnik Azərbaycan Səhiyyə Nazirliyinin yaydığı müsahibəni oxucuların diqqətinə çatdırır:
- Dilarə xanım, yay aylarında hamilə qadınlar əsasən nəyə diqqət etməlidirlər?
- Yay ilin ən gözəl fəsillərindən biridir. Lakin bu fəslin bəzi günlərində müşahidə edilən həddindən artıq isti hava və rütubətin yüksək olması hamilə xanımlar üçün bəzi narahatlıqlar yaradır. Hava temperaturunun yüksəlməsi, havadakı rütubətin dəyişkənliyi, mayenin tər və s. ifraz edilmə yollarıyla itirilməsi, günvurma/istilikvurma kimi amillər ana, həm də inkişaf edən dölün sağlamlığına təsir edə bilər. Bu fəsildə həkim tövsiyələrinə riayət edərək, hamilə qadınların isti havalarda sağlam və rahat hamiləlik keçirmələri üçün əlavə tədbirlər görmələri çox vacibdir.
© Sputnik / Murad OrujovHəkim kabineti, arxiv
Пациентка проходит медицинский осмотр в одной из клиник города Баку - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Həkim kabineti, arxiv
- Doktor, isti havadan qorunmaq üçün hamilə xanımlar nələrə diqqət etməlidirlər?
- Hamilə qadınlarda bazal metobolizmin dərəcəsi daha yüksək olduğundan, onlar xüsusilə də temperatur yüksəlməsinə həssas olurlar. Yay aylarında artan temperatur hamilə qadınlarda şişkinlik, yorğunluq və susuzluq kimi ümumi hamiləlik əlamətlərini gücləndirə bilər. İstilivurma/günvurmanın əsas əlamətlərinə halsızlıq, başgicələnnmə (ağır hallarda huşu getmək), ürəkbulanması, nəbzin yüksəlməsi və s aiddir. Eyni zamanda, havaların çox isti keçməsi ilə bərabər, qadınlarda aşağı və yuxarı ətraflarda şişkinliklər (ödemlər) yarana bilər.
Hamilə xanımlara xüsusilə açıq havada olduqları zaman sərin yerdə dincəlmək üçün tez-tez fasilələr verilməsi məsləhət görülür. Temperaturun daha sərin olduğu səhər erkən və ya axşam saatları üçün açıq havada keçirilmələrini planlaşdırmaq olar. Pik istilik saatlarında, adətən 10-dan 16-ya qədər açıq havada olmaqdan çəkinmək tövsiyə olunur. Mümkün qədər kölgəli və sərin yerlərdə qalmaq, rahat bir mühitdə istirahət etmək hamilə qadının sağlamlığı üçün olduqca vacibdir.
D vitamini böyüyən dölün inkişafı (sümük, dişlər, ümumi immunitet sistemi) üçün vacibdir. Nəzərə almaq lazımdır ki, D vitamini bu fəsildə təbii olaraq günəşin altında birbaşa qəbul edilə bilər. Lakin hamilələr özlərini Günəş şüalarının birbaşa təsirindən çekinməlidirlər.
CC BY 2.0 / Vox Efx / toplessÇimərlikdə gəzən qadın, arxiv
Девушка топлес во время прогулки по пляжу - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Çimərlikdə gəzən qadın, arxiv
- Maye qəbulu hamilələr üçün hansı xüsusi hal yaradır?
- Hamilə qadınlarda bədənin su balansını qorumaq çox vacibdir. Çünki az maye qəbulu ana, həm də inkişaf edən döl üçün təhlükə yarada bilər. Anada xroniki yorğunluq, baş ağrısı, halsızlıq, sidik yolları infeksiyası, dölətrafı mayeyə neqativ təsir edərək, hamiləlikdə əlavə risklər yaradır. Nəzərə almaq lazımdır ki, su balansının qorunması hamilə qadına təkcə dölətrafı maye üçün yox, eyni zamanda qadının artan qan dövranına töhvə verir. Mayenin normadan az qəbulu həmçinin erkən doğuş riskini də artıra bilər.
Bütün bu riskləri aradan qaldırmaq üçün minimum maye qəbulu normasına riayət etmək (təxminən 2.5 l), susuzluq hissi yaratdığı üçün şəkərli və kofeinli qidalardan uzaq durmaq, meyvə-tərəvəz qəbulu tövsiyə edilir.
© Photo : Daria ShevtsovaSu içən qız
Su içən qız - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Su içən qız
- Yay fəslində hamilə qadınların geyim və ümumi gigiyenada diqqət etməli məqamlar hansılardır?
- Hamilələr bədənlərini sərin tutmağa kömək edən pambıq kimi yüngül, nəfəs ala bilən parçalara üstünlük verməlidirlər. Qızmar yay aylarında bədən temperaturunu tənzimləmək hamilələr üçün xüsusilə vacibdir. Boş və rahat geyimlər istiliyi tənzimləməyə, dəridə yarana biləcək olan qızartı və s. qarşısının alınmasına yardım edir.
Hamiləlik dövründə dərinin mübadiləsi daha da aktivləşir. Bu səbəbdən dəri daha çox tər və maye ifraz edir. Bunları aradan qaldırmaq üçün istifadə etdiyiniz tər əleyhinə vasitələrin tərkibinin bioloji təmiz olması, zərərli kimyəvi elementlərin olmamasına diqqət edilməlidir ki, hamilənin orqanizmi onları aktiv şəkildə mənimsəməsin.
© AFP 2024 / CLEMENT MAHOUDEAUPaltar satışı, arxiv
Магазин одежды, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Paltar satışı, arxiv
- Hamiləlik dövrü yay aylarına təsadüf edən gələcək analar üçün qidalanma seçimlərində nə tövsiyə edilir?
- Yay istisi iştaha və yemək seçimlərinə təsir edə bilər. Məlumdur ki, artan hava hərarətinin təsiri ilə iştah azalır. Bununla da, hamilə qadınların orqanizmi üçün lazımı mineral və vitaminlərin qəbulu da çətinləşir. Digər tərəfdən, tər ifrazı bədən üçün lazımlı elektrolitlər olan sodium, potassium, və maqneziumun bədəndən xaric olmasına gətirib çıxarır. Bu elektrolitlər maye balansı və əzələ inkişafı üçün çox vacibdir.
İştahın bərpası və bədənə lazımı mineral və vitaminlərin qəbulu üçün yeməklərin az miqdarda və tez-tez qəbulu tövsiyə edilir. Hamilə qadının gündəlik rasionunda zülallar, karbohidratlar, yağlar, vitaminlər və minerallar olmalıdır. Eyni zamanda, balansı saxlamaq şərtilə mikroelementlərlə zəngin olan meyvə-tərəvəz və giləmeyvələrə üstünlük verilməlidir.
Düzgün qidalanmaya məhəl qoymamaq qan azlığı (anemiya), hamiləlik və doğuş sonrası komplikasiyaların yaranmasına gətirib çıxara bilər. Uşağın azçəkili doğulması, inkişafdan qalması və s. əsas problemlər sırasındadır.
Ümumi olaraq, hamiləlik dövrü üçün yay aylarında yuxu və istirahət rejiminə xüsusi diqqət yetirmək, işıqlı və sərin mühitdə orta intensivlikli fiziki aktivlik, mütəmadi olaraq qan təzyiqini yoxlamaq və digər prenatal müayinələrdən keçmək tövsiyə olunur.
© iStock.com / RossHelenQız tərəvəz salatı yeyir
Девушка ест салат из овощей - Sputnik Azərbaycan, 1920, 14.07.2024
Qız tərəvəz salatı yeyir
Yuxu və istirahət rejiminə xüsusilə diqqət yetirmək, yüngül və sərin ortamlarda idmanla məşğul olmaq, müntəzəm olaraq qan təyziqi və digər prenetal yoxlanışlarından keçmək tövsiyə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Dərmanlar, arxiv - Sputnik Azərbaycan, 1920, 12.07.2024
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Bioloji aktiv qida əlavələri ilə əlaqədar əhaliyə xəbərdarlıq edildi!
Xəbər lenti
0