https://sputnik.az/20240712/bioloji-aktiv-qida-elaveleri-ile-elaqedar-ehaliye-xeberdarliq-edildi-465983973.html
Bioloji aktiv qida əlavələri ilə əlaqədar əhaliyə xəbərdarlıq edildi!
Bioloji aktiv qida əlavələri ilə əlaqədar əhaliyə xəbərdarlıq edildi!
Sputnik Azərbaycan
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşmədən bioloji aktiv qida məhsullarının qəbulu yolverilməzdir. 12.07.2024, Sputnik Azərbaycan
2024-07-12T22:55+0400
2024-07-12T22:55+0400
2024-07-12T23:06+0400
dərman
azərbaycan xəbərləri
bioloji
bioloji tələbat
qida
qida məhsulları
yararsız qida
aqta
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427352830_0:160:3072:1888_1920x0_80_0_0_efdd42651ca7e20dec72097cc055a9df.jpg
BAKI, 12 iyul — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji aktiv qida məhsulları (BAQM) ilə bağlı istehlakçılara müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, hazırda ölkəmizdə dövriyyədə olan BAQM əksər hissəsi idxal olunan məhsullardır. Bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Bioloji aktiv qida məhsulları qida rasionunu zənginləşdirmək üçün vasitədir. Bu məhsulların buraxılış forması və digər qida məhsullarından fərqli olaraq gündəlik qəbuletmə dozasının müəyyənləşdirilməsi, həmçinin qablaşdırılmasına görə dərman vasitələrinə bənzəsə də, heç bir halda dərman vasitəsi deyildir. Dolayısı ilə bu məhsullar xəstəliklərin müalicəsi və profilaktikası gücünə də malik deyil. Hətta BAQM-lər normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşmədən bioloji aktiv qida məhsullarının qəbulu yolverilməzdir. İstehlakçılardan xahiş olunur ki, satış şəbəkələrində bioloji aktiv qida məhsulları ilə bağlı hər hansı uyğunsuzluq və ya qanunsuz hal müşahidə etdikdə bununla bağlı AQTA-nın "1003" çağrı mərkəzinə məlumat versinlər. Unutmayın ki, bioloji aktiv qida məhsullarından yanlış istifadə sağlamlığınıza zərər verə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427352830_172:0:2903:2048_1920x0_80_0_0_2df27171540d7fa95c0b5e95a2076cc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dərman, bioloji, bioloji tələbat, qida, qida məhsulları, yararsız qida, aqta
dərman, bioloji, bioloji tələbat, qida, qida məhsulları, yararsız qida, aqta
Bioloji aktiv qida əlavələri ilə əlaqədar əhaliyə xəbərdarlıq edildi!
22:55 12.07.2024 (Yenilənib: 23:06 12.07.2024) Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşmədən bioloji aktiv qida məhsullarının qəbulu yolverilməzdir.
BAKI, 12 iyul — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji aktiv qida məhsulları (BAQM) ilə bağlı istehlakçılara müraciət edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, hazırda ölkəmizdə dövriyyədə olan BAQM əksər hissəsi idxal olunan məhsullardır. Bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə verilir.
Bioloji aktiv qida məhsulları qida rasionunu zənginləşdirmək üçün vasitədir. Bu məhsulların buraxılış forması və digər qida məhsullarından fərqli olaraq gündəlik qəbuletmə dozasının müəyyənləşdirilməsi, həmçinin qablaşdırılmasına görə dərman vasitələrinə bənzəsə də, heç bir halda dərman vasitəsi deyildir. Dolayısı ilə bu məhsullar xəstəliklərin müalicəsi və profilaktikası gücünə də malik deyil. Hətta BAQM-lər normal qidalanmanı əvəz etmir.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşmədən bioloji aktiv qida məhsullarının qəbulu yolverilməzdir.
İstehlakçılardan xahiş olunur ki, satış şəbəkələrində bioloji aktiv qida məhsulları ilə bağlı hər hansı uyğunsuzluq və ya qanunsuz hal müşahidə etdikdə bununla bağlı AQTA-nın "1003" çağrı mərkəzinə məlumat versinlər.
Unutmayın ki, bioloji aktiv qida məhsullarından yanlış istifadə sağlamlığınıza zərər verə bilər.