SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qərbin Gürcüstan arzusu "Gürcü arzusu"na qalib gələcəkmi?

© AFP 2024 / VANO SHLAMOVTbilisinin mərkəzindəki Rustaveli prospektində Gürcüstan parlamentinin binası qarşısında etirazçılar, arxiv
Tbilisinin mərkəzindəki Rustaveli prospektində Gürcüstan parlamentinin binası qarşısında etirazçılar, arxiv - Sputnik Azərbaycan, 1920, 12.07.2024
Abunə olmaq
Qərbdən Gürcüstana doğru əsən soyuq küləklər ölkədə çevrilişlə bağlı hazırlıqların aparılmasını ortaya çıxarıb.
BAKI, 12 iyul — Sputnik. Bir neçə gün əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX)məlumat yaydı ki, Vaşinqton prezident Salome Zurabişvilinin köməyi ilə Gürcüstanda "rəngli inqilab" hazırlaya bilər.
Plana üzrə, Gürcüstan prezidenti Zurabişvili hökumət əleyhinə əhval-ruhiyyənin qızışdırılmasında əsas rol oynamalıdır. Vaşinqton rəhbərliyi Zurabişvilinin ABŞ media orqanlarından birinə müsahibə verməsini, orada baş verən hadisələrdə Gürcüstan hökumətini günahlandırmasını planlaşdırır.
© Stephanie Lecocq / Pool Photo via APSalome Zurabişvili
Президент Грузии Саломе Зурабишвили, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Salome Zurabişvili
Rusiya Kəşfiyyatının bu məlumatı Dövlət Departamenti tərəfindən təkzib edildi, hətta iyulun 11-də ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Gürcüstan səfərə gəlib. O, paylaşımında ABŞ-ın Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərindən dərin narahatlıq keçirdiyini qeyd edib.
Artıq bir müddətdir ki, Gürcüstan və Qərb arasında münasibətlər soyuqlaşıb. Qərbdən Gürcüstana doğru əsən soyuq küləklər ölkədə çevrilişlə bağlı hazırlıqların aparılmasını ortaya çıxarıb. "Gürcü arzusu"nun idarə etdiyi Gürcüstan hakimiyyəti "xarici agentlər" barədə qanunun qəbul edilməsindən sonra ciddi təzyiqlərlə üzləşib. ABŞ Gürcüstanla keçirdiyi "Noble Partner 2024" hərbi təlimlərini qeyri-müəyyən müddətə dayandırıb. Aİ isə Gürcüstan Müdafiə Qüvvələrinə ayrılması nəzərdə tutulan 30 milyon avronu dondurub. Gürcüstanın müdafiə naziri tezliklə bu qərarların dəyişəcəyinə ümid edir.
Bəs ABŞ Gürcüstanda yenidən "inqilab" edə bilərmi?
Mövzu ilə bağlı politoloq Elşən Manafov və politoloq Samir Hümbətov Sputnik Azərbaycan-a danışıblar.
Politoloq Elşən Manafov deyir ki, Gürcüstanın öz seçimlərini etməsi ABŞ və Avropa İttifaqını qane etmir:
""Xarici agentlər" haqqında qanunun qəbul edilməsindən sonra Qərbin Gürcüstana münasibəti kəskin pisləşdi. Qərb hesab edir ki, bu qanun Rusiyanın sifarişi ilə qəbul edilib. Bütün hallarda Qərbə inteqrasiyaya əngəldir. İlk olaraq bu qanun ABŞ konqresi tərəfindən qəbul edilib, sonradan isə bəzi dəyişikliklər edilərək Rusiyada qəbul olundu. Yəni, qanunun təmin olunması milli təhlükəsizlik maraqlarından irəli gəlirdi. Gürcüstanda Qərbin maliyyə dəstəyi ilə fəaliyyət göstərən 25 mindən çox QHT fəaliyyət göstərir. Burada Gürcüstanın 300 mindən çox vətəndaşı çalışır. Təzyiqləri gücləndirməklə qanunun icrasının qarşısını almağa çalışırlar".
© Photo : Courtesy of Elshan ManafovElşən Manafov
Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Elşən Manafov
Politoloqun fikrincə, hazırkı təzyiqlər fonunda Rusiya-Gürcüstan münasibətlərinin normallaşacağı ilə bağlı fikirlər səsləndirilir:

"Bunun üçün hazırda münbit şərait formalaşır. Təbii ki, Gürcüstanın itirilməsi Qərbin regional planlarını alt-üst edir. Bunun qaşrısını almaq üçün hansısa inqilab planlarının işə salınacağı da istisna edilmir. Ümumiyyətlə Qərbin hazırkı şəraitdə Gürcüstanda hakimiyyəti dəyişmək üçün potensialı yetərincə deyil. Çünki mövcud Gürcüstan hakiyyəti xalqın etimadı ilə hakimiyyətini qoruyur. Gürcüstan cəmiyyəti "Gürcü arzusu"nun yaratdığı müsbət dəyişiklikləri öz həyatında hiss edir. Bütün bunlara qarşı qərbin inqilablar cəhdini müvəffəqiyyət göstərmir. Sözü gedən qanunun qəbuluna etirazlar da Gürcüstan cəmiyyəti tərəfindən yetərli dəstək görmədi".

Politoloq Samir Hümbətovun fikrincə isə, Gürcüstandakı son hadisələr Qərbin hansısa planının olduğunu göstərir:
"Qərb Gürcüstana mesaj verir. Gürcüstan hakimiyyəti daxilindəki fikir ayrılıqları pik həddədir. Mövcud Gürcüstan hakimiyyəti Rusiya ilə münasibətləri normallaşdırarsa, Qərb bu ölkədə vəziyyəti qarışdıra bilər. Rusiyanın bu proseslərin qarşısını almaq üçün təsir imkanlarının nə qədər olacağı isə sual doğurur".
© Photo : From the personal archive of Samir HumbatovSamir Hümbətov
Samir Hümbətov - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Samir Hümbətov
Politoloq hesab edir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin Gürcüstanda inqilabi dəyişikliklərlə bağlı xəbərdarlığı yetərincə önəmli məlumatdır. Çünki inqilabi hərəkətlərin sponsoru olan Qərbin narazılara, maraqlarına cavab verməyən hakimiyyətlərə qarşı iğtişaşlardan istifadə etməsi praktikada bir çox hallarda özünü doğruldub.

"Diqqət yetirilməli ən önəmli məqam isə inqilabdan sonrakı dövrlərdə baş verənlərdir. Qərbin sponsorluq etdiyi inqilabların ölkələri böhrana sürükləməsi hər kəsin gözü qarşısında baş verib. Görünən odur ki, Gürcüstan cəmiyyətinin baş verənlərə adekvat reaksiyası hələlik Qərbin planlarının icrasına mane olur", - politoloq fikirlərini yekunlaşdırıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Gürcüstan bayrağı - Sputnik Azərbaycan, 1920, 09.07.2024
DÜNYA XƏBƏRLƏRİ
ABŞ Gürcüstanda növbəti "rəngli inqilab" hazırlayır - Xarici Kəşfiyyat
Xəbər lenti
0