https://sputnik.az/20240709/abs-gurcustanda-novbeti-rengli-inqilab-hazirlayir---xarici-kesfiyyat-465907251.html
ABŞ Gürcüstanda növbəti "rəngli inqilab" hazırlayır - Xarici Kəşfiyyat
ABŞ Gürcüstanda növbəti "rəngli inqilab" hazırlayır - Xarici Kəşfiyyat
Sputnik Azərbaycan
Gürcüstan Prezidenti Salome Zurabişvili hökumət əleyhinə əhval-ruhiyyənin qızışdırılmasında əsas rol oynamalıdır. 09.07.2024, Sputnik Azərbaycan
2024-07-09T14:45+0400
2024-07-09T14:45+0400
2024-07-09T16:17+0400
abş
dünya xəbərləri
salome zurabişvili
gürcüstan
"rəngli inqilab"
rusiya
rusiya xarici kəşfiyyat xidməti
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260030_0:0:3073:1728_1920x0_80_0_0_b57df965add7c2085c2302c51eaed37e.jpg
BAKI, 9 iyul — Sputnik. Vaşinqton prezident Salome Zurabişvilinin köməyi ilə Gürcüstanda "rəngli inqilab" hazırlaya bilər. Bu barədə Rusiya Xarici Kəşfiyyat xidməti məlumat yayıb. "Ən yaxşı Hollivud ənənələri üzrə qurulmuş ssenarinin əsas süjet xətləri məlum olub, Ağ Evə xas olan anti-Rusiya əhvalı ilə təbliğat kampaniyasının sensasiyalı ifşa üzərində qurulması planlaşdırılır", - məlumatda deyilir. Qeyd edilir ki, "Gürcü arzusu"nun "siyasi müstəqilliyinin olmaması" ilə bağlı əsassız ittihamlar irəli sürüləcək. Bu da "Gürcüstan gəmisini" qırmızı yelkənlər altında Avropa sahillərindən uzaqlaşdırmaqla hədələyir. "Gürcüstan prezidenti Zurabişvili hökumət əleyhinə əhval-ruhiyyənin qızışdırılmasında əsas rol oynamalıdır. Vaşinqton rəhbərliyi Zurabişvilinin ABŞ media orqanlarından birinə müsahibə verməsini, orada baş verən hadisələrdə Gürcüstan hökumətini günahlandırmasını planlaşdırır. Tbilisinin Aİ-yə daxil olması ilə bağlı danışıqlar prosesinin deqradasiyası və "Moskva ilə yaxınlaşmanın fəlakətli nəticələri və Rusiyadan köçənlərin Gürcüstana vurduğu zərər barədə ictimaiyyəti xəbərdar edəcəklər", - hesabatda deyilir. Vurğulanır ki, Vaşinqton Zurabişvilinin dili ilə müxalifətdən olan seçiciləri "Gürcü arzusu"nun hansısa siyasi sürprizinə hazırlamaq niyyətindədir. Bu isə son nəticədə növbəti "rəngli inqilab" ola bilər. Rusiya Federasiyası Qərbin digər dövlətlərin işlərinə müdaxilə ilə bağlı çoxsaylı ittihamlarını dəfələrlə rədd edərək, onları əsassız adlandırıb. Eyni zamanda, ABŞ-ın özü və müttəfiqləri mütəmadi olaraq postsovet ölkələrində keçirilən etiraz aksiyalarını və qanunsuz hərəkətləri, o cümlədən Ukraynadakı çevrilişi dəstəkləyir.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260030_84:0:2815:2048_1920x0_80_0_0_8723f87d46887bdf3f27e8300a00a9b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, salome zurabişvili, gürcüstan, "rəngli inqilab", rusiya, rusiya xarici kəşfiyyat xidməti
abş, salome zurabişvili, gürcüstan, "rəngli inqilab", rusiya, rusiya xarici kəşfiyyat xidməti
ABŞ Gürcüstanda növbəti "rəngli inqilab" hazırlayır - Xarici Kəşfiyyat
14:45 09.07.2024 (Yenilənib: 16:17 09.07.2024) Gürcüstan Prezidenti Salome Zurabişvili hökumət əleyhinə əhval-ruhiyyənin qızışdırılmasında əsas rol oynamalıdır.
BAKI, 9 iyul — Sputnik. Vaşinqton prezident Salome Zurabişvilinin köməyi ilə Gürcüstanda "rəngli inqilab" hazırlaya bilər. Bu barədə Rusiya Xarici Kəşfiyyat xidməti məlumat yayıb.
"Ən yaxşı Hollivud ənənələri üzrə qurulmuş ssenarinin əsas süjet xətləri məlum olub, Ağ Evə xas olan anti-Rusiya əhvalı ilə təbliğat kampaniyasının sensasiyalı ifşa üzərində qurulması planlaşdırılır", - məlumatda deyilir.
Qeyd edilir ki, "Gürcü arzusu"nun "siyasi müstəqilliyinin olmaması" ilə bağlı əsassız ittihamlar irəli sürüləcək. Bu da "Gürcüstan gəmisini" qırmızı yelkənlər altında Avropa sahillərindən uzaqlaşdırmaqla hədələyir.
"Gürcüstan prezidenti Zurabişvili hökumət əleyhinə əhval-ruhiyyənin qızışdırılmasında əsas rol oynamalıdır. Vaşinqton rəhbərliyi Zurabişvilinin ABŞ media orqanlarından birinə müsahibə verməsini, orada baş verən hadisələrdə Gürcüstan hökumətini günahlandırmasını planlaşdırır. Tbilisinin Aİ-yə daxil olması ilə bağlı danışıqlar prosesinin deqradasiyası və "Moskva ilə yaxınlaşmanın fəlakətli nəticələri və Rusiyadan köçənlərin Gürcüstana vurduğu zərər barədə ictimaiyyəti xəbərdar edəcəklər", - hesabatda deyilir.
Vurğulanır ki, Vaşinqton Zurabişvilinin dili ilə müxalifətdən olan seçiciləri "Gürcü arzusu"nun hansısa siyasi sürprizinə hazırlamaq niyyətindədir. Bu isə son nəticədə növbəti "rəngli inqilab" ola bilər.
Rusiya Federasiyası Qərbin digər dövlətlərin işlərinə müdaxilə ilə bağlı çoxsaylı ittihamlarını dəfələrlə rədd edərək, onları əsassız adlandırıb. Eyni zamanda, ABŞ-ın özü və müttəfiqləri mütəmadi olaraq postsovet ölkələrində keçirilən etiraz aksiyalarını və qanunsuz hərəkətləri, o cümlədən Ukraynadakı çevrilişi dəstəkləyir.