Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Şahmat Federasiyası qrossmeysterin ittihamlarına cavab verib

© AFP 2024 / EDUARDO MUNOZ ALVAREZŞahmat
Şahmat  - Sputnik Azərbaycan, 1920, 12.07.2024
Abunə olmaq
Təşkilat Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün Azərbaycan milli komandalarının tərkibinin hansı prinsip əsasında formalaşdığını açıqlayıb.
BAKI, 12 iyul — Sputnik. Azərbaycan Şahmat Federasiyası Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün ölkənin kişilərdən ibarət komandasının ədalətsiz formalaşdırılması ilə bağlı ona qarşı ittihamlara cavab verib.
Bu günlərdə ABŞ-da yaşayan azərbaycanlı qrossmeyster Vasif Durarbəyli milli federasiyanı Azərbaycanın kişilərdən ibarət yığmasının tərkibini ədalətsiz formalaşdırmaqda ittiham edib.
Xüsusilə, o, sosial şəbəkələrdəki paylaşımında ilin birinci yarısında klassik vaxta nəzarətlə 18 oyun keçirərək Azərbaycan şahmatçıları arasında üçüncü reytinqə malik olduğunu və federasiyanın əsas şərtlərindən birini yerinə yetirdiyini bildirib.
Qeyd edək ki, Durarbəyli millinin heyətinə cəlb olunması ilə bağlı federasiyanı ilk dəfə deyil ki, tənqid edir.
Öz növbəsində strukturun mətbuat xidməti komandanın formalaşdırılması zamanı bir neçə meyarın nəzərə alındığını bildirib.
"Komandanın tərkibi şahmatçıların cari il ərzində milli və beynəlxalq turnirlərdə, o cümlədən Azərbaycan çempionatında iştirakı əsasında müəyyən edilir. Şahmatçıların idman forması, onların federasiyanın himayəsi altında məşqlərdə iştirakı, yığmanın dəyərlərinə hörmət də nəzərə alınır" – bəyanatda bildirilib.
Bundan əlavə, qrossmeyster komandanın ruhunun gücləndirilməsində iştirak etməli və ümumi məqsədi şəxsi maraqlardan üstün tutmalıdır. Federasiya onu da qeyd edib ki, komandanın tərkibi formalaşdırılarkən şahmatçıların reytinqi nəzərə alınır, lakin bu, həlledici deyil.
Xatırladaq ki, kişilərdən ibarət Azərbaycan yığmasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar. Komandanın kapitanı qrossmeyster Teymur Rəcəbovdur.
Qadınlardan ibarət komandada Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova yer alıb. Komandanın kapitanı belaruslu mütəxəssis Mixail Şereşevskidir.
Eyni zamanda hər komanda üçün ehtiyat oyunçular seçilib. Onlar adıçəkilən Vasif Durarbəyli və Ayan Allahverdiyeva olublar. Üstəlik, milli komandanın əsas üzvləri kimi ehtiyat şahmatçılar da milli federasiyanın təqaüd proqramına daxil ediliblər.
Əlavə edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 10-23-də Budapeştdə (Macarıstan) keçiriləcək.
Xəbər lenti
0