https://sputnik.az/20240711/sahibe-qafarova-azerbaycanin-brks-e-uzv-olmaq-istediyini-aciqladi-465960318.html
Sahibə Qafarova Azərbaycanın BRİKS-ə üzv olmaq istədiyini açıqladı
Sahibə Qafarova Azərbaycanın BRİKS-ə üzv olmaq istədiyini açıqladı
Sputnik Azərbaycan
Milli Məclisin sədri BRİKS Parlament Forumunun səmərəli əməkdaşlıq platformasına çevriləcəyinə əminliyini ifadə edib. 11.07.2024, Sputnik Azərbaycan
2024-07-11T15:29+0400
2024-07-11T15:29+0400
2024-07-11T16:31+0400
azərbaycan xəbərləri
forum
briks
azərbaycan
sahibə qafarova
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459487928_0:83:1600:983_1920x0_80_0_0_735906092b396cc75256130cb173ec81.jpg
BAKI, 11 iyul — Sputnik. Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir. Bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova X BRİKS Parlament Forumunun plenar iclasında çıxışı zamanı deyib. Sahibə Qafarova ikili standartlara yol verməmək üçün beynəlxalq parlament platformaları çərçivəsində səmimi dialoqun aparılmasının tərəfdarı olduğunu bildirib. "Parlamentlər əməkdaşlığı təşviq etməli, körpülər qurmalı, qarşıdurma ilə mübarizə aparmalıdır. Avropa Parlamentində olduğu kimi, ikili standartlar platformasına çevrilməmək üçün biz səmimi dialoqu təşviq etməliyik", - Sahibə Qafarova qeyd edib. Milli Məclisin sədri BRİKS Parlament Forumunun səmərəli əməkdaşlıq platformasına çevriləcəyinə əminliyini ifadə edib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240711/matviyenko-qerb-vetendaslarinin-problemlerini-unudub-sabitliyi-pozur-465957059.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459487928_90:0:1511:1066_1920x0_80_0_0_c904f00d4437aead7bdf7e80e7715ce5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
forum, briks , azərbaycan, sahibə qafarova
forum, briks , azərbaycan, sahibə qafarova
Sahibə Qafarova Azərbaycanın BRİKS-ə üzv olmaq istədiyini açıqladı
15:29 11.07.2024 (Yenilənib: 16:31 11.07.2024) Milli Məclisin sədri BRİKS Parlament Forumunun səmərəli əməkdaşlıq platformasına çevriləcəyinə əminliyini ifadə edib.
BAKI, 11 iyul — Sputnik. Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir. Bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova X BRİKS Parlament Forumunun plenar iclasında çıxışı zamanı deyib.
"Azərbaycan öz xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək", - spiker bildirib.
Sahibə Qafarova ikili standartlara yol verməmək üçün beynəlxalq parlament platformaları çərçivəsində səmimi dialoqun aparılmasının tərəfdarı olduğunu bildirib.
"Parlamentlər əməkdaşlığı təşviq etməli, körpülər qurmalı, qarşıdurma ilə mübarizə aparmalıdır. Avropa Parlamentində olduğu kimi, ikili standartlar platformasına çevrilməmək üçün biz səmimi dialoqu təşviq etməliyik", - Sahibə Qafarova qeyd edib.
Milli Məclisin sədri BRİKS Parlament Forumunun səmərəli əməkdaşlıq platformasına çevriləcəyinə əminliyini ifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.