Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Matviyenko: Qərb vətəndaşlarının problemlərini unudub, sabitliyi pozur

© Sputnik / Алексей МайшевRusiya Federasiya Şurasının sədri Valentina Matviyenko
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Abunə olmaq
Rusiya Federasiya Şurasının sədri qeyd edib ki, bu şəraitdə dünya bərabər və bölünməz beynəlxalq təhlükəsizlik sistemi ideyalarını daha fəal təbliğ etməli, beynəlxalq münasibətlərdə BMT-nin mərkəzi və əlaqələndirici rolunu qorumalıdır.
BAKI, 11 iyul — Sputnik. Kollektiv Qərb ölkələri inhisarçı dominant mövqelərini qoruyub saxlamağa çalışırlar, lakin öz dövlətləri və vətəndaşları ilə bağlı problemləri unudurlar. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
İyulun 11-12-də Sankt-Peterburqda X BRİKS Parlament Forumu keçirilir.

"Bu gün beynəlxalq təhlükəsizlik sahəsində qlobal və regional qeyri-sabitlik riskləri daşıyan problemlər ciddi narahatlıq doğurur. Biz kollektiv Qərb ölkələrinin qanunlara əsaslanan dünya nizamını qorumağa çalışdığını və əslində necə olduğunu görürük. Onların inhisarçı hakim mövqeyi, Avropa qitəsində, Yaxın Şərq və Asiya-Sakit okean regionunda sabitliyi pozur, Ukrayna, İsrail və Tayvana hərbi dəstəyə yüzlərlə milyard dollar silah və sursat göndərilir. İnkişaf etməkdə olan ölkələrdə insanların sosial problemləri, hətta öz vətəndaşlarının problemlərinə məhəl qoyulmur", - Matviyenko BRİKS parlament forumunun plenar iclasında bildirib.

O qeyd edib ki, bu şəraitdə dünya bərabər və bölünməz beynəlxalq təhlükəsizlik sistemi ideyalarını daha fəal təbliğ etməli, beynəlxalq münasibətlərdə BMT-nin mərkəzi və əlaqələndirici rolunu qorumalıdır.
Matvienkonun sözlərinə görə, terrorizmlə mübarizəni gücləndirilməlidir, o cümlədən BMT səviyyəsində müvafiq konvensiya qəbul edilməlidir.

"Bu gün beynəlxalq ictimaiyyət terrorizm və ekstremizm problemləri ilə üzləşməkdə davam edir. İranın Kirman şəhərində baş vermiş yanvar hadisələri, bu ilin martında Crocus City Hallda baş verən faciə və Dağıstanda baş verən son hadisələr bizə bu bəlaya qarşı mübarizə aparmaq üçün kollektiv səyləri birləşdirməyin zəruriliyini xatırladır", - siyasətçi əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0