Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Teymur Rəcəbov Azərbaycan millisinin kapitanı təyin edilib

© AFP 2024 / PIERRE-PHILIPPE MARCOUTeymur Rəcəbov
Teymur Rəcəbov - Sputnik Azərbaycan, 1920, 08.07.2024
Abunə olmaq
Respublikanın aparıcı qrossmeysterlərindən biri uzun müddətdən sonra ilk dəfə Ümumdünya Şahmat Olimpiadasında iştirak etməyəcək.
BAKI, 8 iyul — Sputnik. Qrossmeyster Teymur Rəcəbov kişilərdən ibarət Azərbaycan yığmasının kapitanı təyin edilib. O, Ümumdünya Şahmat Olimpiadasında iştirak etməyəcək.
Bazar ertəsi, iyulun 8-də Azərbaycan Respublikası Şahmat Federasiyası sentyabr ayında Budapeştdə (Macarıstan) keçiriləcək Ümumdünya Şahmat Olimpiadası üçün ölkənin kişi və qadınlardan ibarət yığma komandalarının tərkibini açıqlayıb.
Belə ki, Rəcəbov uzun illərdən sonra ilk dəfə olaraq yarışlarda lövhədə oyunçu kimi deyil, komandanın kapitanı kimi iştirak edəcək. Şahmat komandasının kapitanının vəzifələrinə hər tur üçün siyahının formalaşdırılması, şahmatçıların hazırlanmasında iştirak etmək, həmçinin görüşlər zamanı oyun prosesinə rəhbərlik etmək daxildir.
Qeyd edək ki, Rəcəbov son vaxtlar klassik vaxta nəzarətlə keçirilən turnirlərdə uğursuz çıxış edir və onun reytinqi uzun illərdən sonra ilk dəfə olaraq 2700 xala düşüb. Eyni zamanda, daha əvvəl komandanın kapitanı olan şahmatçı Eltac Səfərli də komandaya, ümumiyyətlə daxil edilməyib.
Qarşıdan gələn Olimpiada üçün Azərbaycan kişilərdən ibarət yığma komandasının tərkibi belədir: Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın SüleymanlıMəhəmməd Muradlı.
Ölkənin qadınlardan ibarət komandasında isə dəyişiklik baş verməyib, onun tərkibində Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə FətəliyevaGülnar Məmmədova yer alıblar.
Komandanın kapitanı belaruslu mütəxəssis Mixail Şereşevskidir. Komanda ilə rusiyalı qrossmeyster Yevgeni Tomaşevski də çalışır.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 10-23 sentyabr tarixlərində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0