https://sputnik.az/20240705/azerbaycanda-tikinti-materiallarinin-istehsali-465816946.html
Azərbaycanda tikinti materiallarının istehsalı
Azərbaycanda tikinti materiallarının istehsalı
Sputnik Azərbaycan
2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 274,6 milyon manat dəyərində tikinti materialları istehsal edilib. Bu sənaye sahəsi haqqında daha ətraflı... 05.07.2024, Sputnik Azərbaycan
2024-07-05T13:01+0400
2024-07-05T13:01+0400
2024-07-05T13:22+0400
tikinti
infoqrafika
tikinti materialları
istehsal
azərbaycan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447365298_0:0:268:152_1920x0_80_0_0_d07fca8b5e9e9efca6fe864197c71900.png
Azərbaycanda tikinti materiallarının istehsalı son illərdə nəzərəçarpacaq dərəcədə artıb - ötən ilin yekunlarına əsasən 1,1 milyard manatlıq məhsul istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 31,8% çoxdur. 2024-cü ildə iqtisadiyyatın bu sahəsində də artım müşahidə olunub. Yanvar-mart aylarında ötən ilin müvafiq dövründəki 216,2 milyon manat ilə müqayisədə 274,6 milyon manatlıq məhsul istehsal edilib. Eyni zamanda, göstərilən dövrdə çınqıl, qırma daş, kiçik çay daşı və silisium istehsalı demək olar ki, iki dəfə artıb. Əhəngdaşı, beton və sement istehsalı da sürətlə artır. Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı iqtisadiyyatın fəal inkişaf edən sahələrindən biridir. Qarabağ və Şərqi Zəngəzur rayonları bu sahədə mühüm rol oynayır. Məsələn, Ağdamda daş istehsalının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır - payıza qədər "Şahbulaq" karxanasında istehsal sutkada 40 min daşdan 60 minə qədər çatdırılacaq.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447365274_0:0:269:202_1920x0_80_0_0_3f39afd316b0b0b4e2147ed5eccc98f9.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tikinti, инфографика, tikinti materialları, istehsal, azərbaycan, azərbaycan
tikinti, инфографика, tikinti materialları, istehsal, azərbaycan, azərbaycan
Azərbaycanda tikinti materiallarının istehsalı
13:01 05.07.2024 (Yenilənib: 13:22 05.07.2024) 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 274,6 milyon manat dəyərində tikinti materialları istehsal edilib. Bu sənaye sahəsi haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycanda tikinti materiallarının istehsalı son illərdə nəzərəçarpacaq dərəcədə artıb - ötən ilin yekunlarına əsasən 1,1 milyard manatlıq məhsul istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 31,8% çoxdur.
2024-cü ildə iqtisadiyyatın bu sahəsində də artım müşahidə olunub. Yanvar-mart aylarında ötən ilin müvafiq dövründəki 216,2 milyon manat ilə müqayisədə 274,6 milyon manatlıq məhsul istehsal edilib.
Eyni zamanda, göstərilən dövrdə çınqıl, qırma daş, kiçik çay daşı və silisium istehsalı demək olar ki, iki dəfə artıb. Əhəngdaşı, beton və sement istehsalı da sürətlə artır.
Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı iqtisadiyyatın fəal inkişaf edən sahələrindən biridir. Qarabağ və Şərqi Zəngəzur rayonları bu sahədə mühüm rol oynayır. Məsələn, Ağdamda daş istehsalının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır - payıza qədər "Şahbulaq" karxanasında istehsal sutkada 40 min daşdan 60 minə qədər çatdırılacaq.