Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda tikinti materiallarının istehsalı

Abunə olmaq
2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 274,6 milyon manat dəyərində tikinti materialları istehsal edilib. Bu sənaye sahəsi haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycanda tikinti materiallarının istehsalı son illərdə nəzərəçarpacaq dərəcədə artıb - ötən ilin yekunlarına əsasən 1,1 milyard manatlıq məhsul istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 31,8% çoxdur.
2024-cü ildə iqtisadiyyatın bu sahəsində də artım müşahidə olunub. Yanvar-mart aylarında ötən ilin müvafiq dövründəki 216,2 milyon manat ilə müqayisədə 274,6 milyon manatlıq məhsul istehsal edilib.
Eyni zamanda, göstərilən dövrdə çınqıl, qırma daş, kiçik çay daşı və silisium istehsalı demək olar ki, iki dəfə artıb. Əhəngdaşı, beton və sement istehsalı da sürətlə artır.
Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı iqtisadiyyatın fəal inkişaf edən sahələrindən biridir. Qarabağ və Şərqi Zəngəzur rayonları bu sahədə mühüm rol oynayır. Məsələn, Ağdamda daş istehsalının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır - payıza qədər "Şahbulaq" karxanasında istehsal sutkada 40 min daşdan 60 minə qədər çatdırılacaq.
Xəbər lenti
0