Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2024: Bu gün 1/4 final mərhələsinin oyunları start götürür

© AFP 2024 / PAUL ELLISFutbolçu, arxiv
Futbolçu, arxiv - Sputnik Azərbaycan, 1920, 05.07.2024
Abunə olmaq
Günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək. Pireneylilər 1/8 finalda Gürcüstanı (4:1), meydan sahibləri isə Danimarkanı (2:0) mübarizədən kənarlaşdırıb.
BAKI, 5 iyul — Sputnik. Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 final oyunlarına start veriləcək. Günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək.
Pireneylilər 1/8 finalda Gürcüstanı (4:1), meydan sahibləri isə Danimarkanı (2:0) mübarizədən kənarlaşdırıb.
Erkən final kimi xarakterizə olunan görüş Ştutqart şəhərindəki "MHP Arena"da keçiriləcək.
Növbəti qarşılaşmada isə Portuqaliya və Fransa milliləri güclünü ayırd etməyə çalışacaqlar. Əvvəlki mərhələdə portuqaliyalılar Sloveniyanı (0:0, penaltilər seriyasında 3:0), fransızlar isə Belçikanı (1:0) məğlub ediblər. Bu oyun Hamburqdakı "Folksparkştadion"da baş tutacaq.
Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da baş tutacaq.
AVRO-2024
1/4 final
5 iyul
20:00. İspaniya - Almaniya
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".
23:00. Portuqaliya - Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq, "Folksparkştadion".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0