Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Xankəndidə MDB ölkələrinin III Oyunları çərçivəsində yarışlar keçiriləcək

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidMDB ölkələrinin Oyunları
MDB ölkələrinin Oyunları - Sputnik Azərbaycan, 1920, 02.07.2024
Abunə olmaq
Azərbaycan respublikasının gənclər və idman naziri Fərid Qayıbov III MDB Oyunlarının keçiriləcəyi Azərbaycanın şəhərlərinin adlarını açıqlayıb.
BAKI, 2 iyul — Sputnik. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin III Oyunları çərçivəsində yarışlar Azərbaycanın 14 şəhərində, o cümlədən Xankəndidə keçiriləcək.
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov idarənin saytındakı "Nəzər nöqtəsi" adlı şəxsi bloqunda 2025-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılan yarışa hazırlıq işlərinin gedişi barədə məlumat verib.
Nazirin sözlərinə görə, onlar ölkənin 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Goranboy, Qazax, Göygöl, Yevlax, Oğuz və Tərtərdə keçiriləcək. İdmançılar 22 idman növü üzrə 33 növdə medallar uğrunda mübarizə aparacaqlar.

"MDB-nin III Oyunları həm coğrafi olaraq, həm də ölkəmizdə keçiriləcək idman növlərinin sayına görə ən böyük yarış olacaq", - Qayıbov vurğulayıb.

Nazir qeyd edib ki, belə genişmiqyaslı multi-idman yarışlarına hazırlıq artıq başlayıb.
"Biz MDB Oyunlarına hazırlıqlarımızı davam etdiririk. İşçi qrup artıq Oyunların yüksək səviyyədə təşkili istiqamətində işlərə başlayıb", - nazir əlavə edib.
Xatırladaq ki, MDB-nin ilk oyunları 2021-ci ildə Kazanda, ikinci oyunlar isə 2023-cü ildə Minskdə keçirilib.
Minskdə keçirilən II MDB ölkələrinin Oyunlarında Azərbaycan komandası ümumilikdə 62 medal qazanaraq 22 ölkə arasında dördüncü yeri tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0