Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançılarımız “Asiya uşaqları” Oyunlarında daha 3 medal qazanıblar - FOTO

© Photo : AZERTAGAzərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar
Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar - Sputnik Azərbaycan, 1920, 29.06.2024
Abunə olmaq
Yakutskda keçirilən yarışlarda Azərbaycanı 80 idmançı təmsil edir.
BAKI, 29 iyun - Sputnik. Azərbaycanın 3 qadın güləşçisi Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında medal qazanıb.
Belə ki, 54 kiloqram çəkidə mübarizə aparan Rəna Nuriyeva yarımfinalda rusiyalı Evgeniya Kuskovanı yenərək finala çıxsa da, həlledici qarşılaşmada qırğızıstanlı Adinay Baizkulovaya uduzub və gümüş medalla kifayətlənib.
© Photo : AZERTAGAzərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar
Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar - Sputnik Azərbaycan, 1920, 29.06.2024
Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar
62 kiloqram çəki dərəcəsində yarışan Simura Abdullayeva bürünc medal uğrunda görüşdə rusiyalı Paraşkovya Uşnitskayanı məğlub edib.
39 kiloqramda mübarizə aparan Gülnar Ağadadaşova isə belaruslu Anastasiya Nekleyeva üzərində qələbə qazanaraq bürünc medala sahib olub.
© Photo : AZERTAGAzərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar
Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar - Sputnik Azərbaycan, 1920, 29.06.2024
Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar
Asiya Uşaqları Oyunları çərçivəsində üzgüçülük turniri iyulun 4-dək davam edəcək. Yakutskda keçirilən yarışlarda Azərbaycanı 80 idmançı təmsil edir.
© Photo : AZERTAGAzərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar
Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar - Sputnik Azərbaycan, 1920, 29.06.2024
Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar
VIII Asiya Uşaqları Oyunlarında 24 idman növü üzrə 239 dəst medal uğrunda mübarizə planlaşdırılır: atletika, basketbol 3×3, rəqs idmanı “brekinq” və “ikinövçülük”, mas-güləş, bədii gimnastika, boks, qayayadırmanma, voleybol, mini-futbol, ​​taekvondo, cüdo, kürəş, üzgüçülük, sambo, güləş, alış , hapsaqay, gülləatma, oxatma, şahmat, go, stolüstü tennis, kikboksinq, stend atıcılığı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
“Asiya uşaqları” Beynəlxalq İdman Oyunlarının rəmzləri olan bayraqlar - Sputnik Azərbaycan, 1920, 29.06.2024
İDMAN
“Asiya uşaqları” Oyunlarında Azərbaycan idmançılarının uğurları
Xəbər lenti
0