Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Baku Open 2024” Şahmat Festivalının açılış mərasimi olub

© Photo : AZERTAG“Baku Open 2024” Şahmat Festivalının açılış mərasimi
“Baku Open 2024” Şahmat Festivalının açılış mərasimi - Sputnik Azərbaycan, 1920, 29.06.2024
Abunə olmaq
Açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və FİDE-nin prezidenti Arkadi Dvorkoviç iştirak ediblər.
BAKI, 29 iyun - Sputnik. Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə keçirilən “Baku Open-2024” beynəlxalq şahmat festivalının açılış mərasimi olub.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın füsunkar təbiəti ilə bağlı videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Fərid Qayıbov ölkə idmanının yüksək səviyyədə inkişaf etdiyini bildirib. O, Prezident İlham Əliyevin idmana böyük dəstək verdiyini söyləyib. Azərbaycanda şahmatın inkişafından söz açan nazir Yunanıstanın Rodos adasında təşkil edilmiş qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Fətəliyevanın uğurunu xatırladıb.
© Photo : AZERTAG“Baku Open 2024” Şahmat Festivalının açılış mərasimi
В Баку прошла церемония открытия международного шахматного фестиваля - Sputnik Azərbaycan, 1920, 29.06.2024
“Baku Open 2024” Şahmat Festivalının açılış mərasimi
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov “Baku Open-2024” beynəlxalq turnirinə marağın ildən-ilə artdığını vurğulayıb. O, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyi münasibətilə silsilə tədbirlər keçirildiyini deyib. M.Məmmədov ölkə şahmatında qazanılan nəticələrin bu idman növündə olan inkişafın göstəricisi olduğunu söyləyib.
FIDE prezidenti Arkadi Dvorkoviç təmsil etdiyi qurumun 100 illiyi münasibətilə bu cür möhtəşəm tədbirin keçirilməsinə görə Azərbaycana təşəkkür edib. O, Azərbaycanın şahmat idman növündəki nəticələrinin kifayət qədər yüksək olduğunu diqqətə çatdırıb.
© Photo : AZERTAG“Baku Open 2024” Şahmat Festivalının açılış mərasimi
В Баку прошла церемония открытия международного шахматного фестиваля - Sputnik Azərbaycan, 1920, 29.06.2024
“Baku Open 2024” Şahmat Festivalının açılış mərasimi
Çıxışlardan sonra FIDE prezidenti Fərid QayıbovMahir Məmmədova xatirə hədiyyəsi təqdim edib.
Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti, yarışların baş hakimi Faiq Həsənov isə öz çıxışında bütün idmançılara uğurlar arzulayıb.
© Photo : AZERTAG“Baku Open 2024” Şahmat Festivalının açılış mərasimi
В Баку прошла церемония открытия международного шахматного фестиваля - Sputnik Azərbaycan, 1920, 29.06.2024
“Baku Open 2024” Şahmat Festivalının açılış mərasimi
Daha sonra Fərid Qayıbov və Arkadi Dvorkoviç yarışın ilk gedişini ediblər.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışdan iti zəka sahibləri iştirak edirlər.
© Photo : AZERTAG“Baku Open 2024” Şahmat Festivalının açılış mərasimi
В Баку прошла церемония открытия международного шахматного фестиваля - Sputnik Azərbaycan, 1920, 29.06.2024
“Baku Open 2024” Şahmat Festivalının açılış mərasimi
Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, o cümlədən Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və digərləri yarışda mübarizə aparırlar.
Turnirin A və B qruplarında iştirak üçün ümumilikdə 300-dən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.
Yarışın ümumi mükafat fondu isə 50 000 ABŞ dollarına bərabərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0