Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Olimpiadada idmançıların rahatlığı karbon tullantılarının azaldılmasından daha vacib imiş

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidKondisioner, arxiv
Kondisioner, arxiv - Sputnik Azərbaycan, 1920, 23.06.2024
Abunə olmaq
Bəzi ölkələrin komandaları Paris Olimpiya Oyunlarına öz idmançıları üçün kondisioner gətirəcəklər.
BAKI, 23 iyun - Sputnik. ABŞ komandası 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına idmançıları üçün kondisioner gətirəcək. Bu barədə Assoşeyted Press ABŞ Olimpiya Komitəsinin baş direktoru Sara Hirşlanda istinadən məlumat yayıb.
Qeyd olunur ki, milli komandanın qərarı yarış təşkilatçılarının karbon qazı tullantılarını azaltmaq planlarına ziddir. Hirşland, ABŞ komandasının ətraf mühitin qorunması səylərini yüksək qiymətləndirdiyini, lakin ilk prioritetin idmançıların qayğısına qalmaq olduğunu bildirib.

"Bu, idmançılarla söhbətlərimizdə çox yüksək prioritet olub, çünki idmançılar bunu öz performanslarının kritik komponenti hesab edirlər", - Hirşland bildirib.

Olimpiya kəndində döşəmənin altındakı soyuducu borular sistemindən istifadə olunacaq.
Qeyd edək ki, bundan əvvəl “Washington Post” Almaniya, Avstraliya, İtaliya, Kanada və Böyük Britaniya milli komandalarının da Fransaya kondisionerlər gətirməyi planlaşdırdığını yazıb.
Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0