Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Yeni legitim qanunverici orqan xalqın yüksək gözləntilərini doğruldacaq - Zahid Oruc

© Photo : courtesy of Zahid OrujZahid Oruc, arxiv
Zahid Oruc, arxiv - Sputnik Azərbaycan, 1920, 21.06.2024
Abunə olmaq
Zahid Oruc yeni parlamentin xalqın alternativ ideya və düşüncələrini təmsil edəcəyinə, Qarabağdan sonra yeni milli ideologiyanın formalaşdırılmasına töhfə verəcəyinə inanır.
BAKI, 21 iyun— Sputnik. Yeni legitim qanunverici orqanın formalaşması ilk növbədə xalqımızın yüksək gözləntilərini doğruldacaq.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
O qeyd edib ki, yeni parlamentin ictimai-siyasi palitranı özündə dolğun əks etdirməklə yanaşı, ən başlıcası, xalqın alternativ ideya və düşüncələrini təmsil edəcəyinə, Qarabağdan sonra yeni milli ideologiyanın formalaşdırılmasına töhfə verəcəyinə inanır:
"Hazırda dünyada yalnız hərbi, siyasi-iqtisadi deyil, həm də idarəçilik böhranı var. Ləyaqətli kadrlar, insan amili bütün formasiyalarda idarəçiliyin bir nömrəli məsələsidir. Ona görə də yeni seçkilərdə əsas şüarlar, "Qələbəni möhkəmləndir!" və "ən böyük sərvət insandır!" devizidir. Qurulacaq yeni parlamentdə hərbi meydanlarda həyatını verən gənclərin elm, diplomatiya, beynəlxalq siyasət və digər səngərlərdə nəsil, əqidə yoldaşlarının daha çox təmsil olunacağına inanırıq".
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, dövlətimiz qarşısında yeni inkişaf perspektivləri açılıb, islahat aparılır: "Azərbaycan tarixinin bu şərəfli mərhələsində VI çağırış Milli Məclis daim ölkə Prezidentinin yanında olub. VI çağırış Milli Məclisin fəaliyyəti uğurlu olub. Hesab edirəm ki, təmsil olunduğum Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı məqsədəuyğundur. Növbədənkənar parlament seçkilərin keçirilməsi və bu barədə Prezidentə müraciət məqsədəmüvafiqdir".
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev vurğulayıb ki, Milli Məclisə VII çağırış seçkilər müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində keçirilən ilk parlament seçkisi kimi zərəf tariximizə əlavə olunacaq, Qarabağda və Zəngəzurda seçicilər öz millət vəkillərinə səs verəcəklər.
Qeyd edək ki, Milli Məclis növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Prezidentə müraciət edib.
 Milli Məclisin iclası - Sputnik Azərbaycan, 1920, 21.06.2024
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək - Prezidentə müraciət edildi
Xəbər lenti
0