https://sputnik.az/20240621/azerbaycanda-milli-meclise-novbedenkenar-seckiler-kecirilecek-465508188.html
Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək - Prezidentə müraciət edildi
Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək - Prezidentə müraciət edildi
Sputnik Azərbaycan
Milli Məclis buraxılır, bu gün prezidentə müraciət göndəriləcək
2024-06-21T12:57+0400
2024-06-21T12:57+0400
2024-06-21T12:58+0400
azərbaycan xəbərləri
milli məclis
növbədənkənar iclas
növbədənkənar parlament seçkiləri
sahibə qafarova
seçkilər
növbədənkənar seçkilər
milli məclisə seçkilər
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/40373/62/403736279_0:94:1800:1107_1920x0_80_0_0_9d515802b568d4ae5c3595bcfa088764.jpg
BAKI, 21 iyun— Sputnik. "Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin qərar layihəsi hazırlanıb. Qərar layihəsinin mətnini deputat Tahir Rzayev oxuyub. Qərar layihəsində deyilir: “Milli Məclisdə çoxluq təşkil edən YAP üzvləri parlament sədrinə müraciət edərək, həm parlament seçkilərinin, həm də mötəbər beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün müraciət edib. YAP-ın müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib. Parlament seçkilərinin qanunvericiliyə uyğun keçirilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir”. Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin. Müzakirələr zamanı deputatlar Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyini diqqətə çatdıraraq növbədənkənar parlamentin seçkilərinin keçirilməsini məqsədəuyğun hesab ediblər. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.***Milli Məclisin bu gün keçirilən iclasının gündəliyi dəyişib. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib. İclasın gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ əlavə edilib. Beləliklə, parlamentin plenar iclasının gündəliyinə daxil olan məsələlərin sayı 13-ə çatıb. Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40373/62/403736279_100:0:1700:1200_1920x0_80_0_0_24b630132639f675c43e32d3348517df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
parlamentə növbədənkənar seçkilər, milli məclis buraxılır
parlamentə növbədənkənar seçkilər, milli məclis buraxılır
Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək - Prezidentə müraciət edildi
12:57 21.06.2024 (Yenilənib: 12:58 21.06.2024) Deputatlar Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyini diqqətə çatdıraraq növbədənkənar parlamentin seçkilərinin keçirilməsini məqsədəuyğun hesab ediblər.
BAKI, 21 iyun— Sputnik. "Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin qərar layihəsi hazırlanıb.
Qərar layihəsinin mətnini deputat Tahir Rzayev oxuyub. Qərar layihəsində deyilir:
“Milli Məclisdə çoxluq təşkil edən YAP üzvləri parlament sədrinə müraciət edərək, həm parlament seçkilərinin, həm də mötəbər beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün müraciət edib. YAP-ın müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib. Parlament seçkilərinin qanunvericiliyə uyğun keçirilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir”.
Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin.
Müzakirələr zamanı deputatlar Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyini diqqətə çatdıraraq növbədənkənar parlamentin seçkilərinin keçirilməsini məqsədəuyğun hesab ediblər. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Milli Məclisin bu gün keçirilən iclasının gündəliyi dəyişib.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
İclasın gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ əlavə edilib.
Beləliklə, parlamentin plenar iclasının gündəliyinə daxil olan məsələlərin sayı 13-ə çatıb.
Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.