DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya ilə strateji tərəfdaşlığın inkişafına böyük əhəmiyyət veririk - Vyetnam Prezidenti

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidVladimir Putin və To Lam
Vladimir Putin və To Lam - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
Vyetnam lideri deyib ki, Rusiyanı Vyetnamın xarici siyasət prioritetlərindən biri hesab edirlər.
BAKI, 20 iyun — Sputnik. Vyetnam Rusiyanın ölkənin müstəqillik mübarizəsindəki dəstəyini xatırlayır, Rusiya Federasiyası ilə strateji tərəfdaşlığın inkişafına böyük əhəmiyyət verir və bu ölkəni xarici siyasət prioritetlərindən biri hesab edir. Bunu Vyetnam Prezidenti To Lam Rusiya Prezidenti Vladimir Putinlə keçirilən danışıqlarda deyib.

"Biz Rusiya xalqının müstəqillik uğrunda mübarizəmizdə Vyetnama göstərdiyi fədakar köməyi və dəstəyi həmişə minnətdarlıqla xatırlayırıq", - To Lam deyib.

"Vyetnam müstəqil, sülhpərvər, çoxşaxəli və çoxvektorlu xarici siyasət yürüdür, lakin eyni zamanda biz Rusiya ilə ənənəvi dostluğun və hərtərəfli strateji tərəfdaşlığın inkişafına böyük əhəmiyyət veririk. Biz Rusiyanı Vyetnamın xarici siyasət prioritetlərindən biri hesab edirik", - Vyetnam lideri daha sonra deyib.
To Lam əlavə edib ki, danışıqlarda hər iki ölkənin maraqları, regionda əməkdaşlığın inkişafı və sülh naminə Vyetnam və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın inkişafının əsas istiqamətlərinin və mövzularının müzakirə edilməsi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 20.06.2024
RUSİYA
Vyetnamla strateji tərəfdaşlığı gücləndirmək Rusiyanın prioritetləri sırasındadır - Putin
Xəbər lenti
0