Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vyetnamla strateji tərəfdaşlığı gücləndirmək Rusiyanın prioritetləri sırasındadır - Putin

© Sputnik / Александр КазаковVladimir Putin, arxiv
Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
Rusiya lideri bildirib ki, ticarət-iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etməsinə Avrasiya İqtisadi İttifaqı ilə Vyetnam arasında 2015-ci ildə imzalanmış azad ticarət sazişinin icrası şərait yaradır.
BAKI, 20 iyun - Sputnik. Vyetnamla hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi Rusiyanın prioritetləri sırasındadır. Bunu Rusiya Prezidenti Vladimir Putin vyetnamlı həmkarı To Lam ilə danışıqları zamanı deyib.

“Vyetnamla hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi bizim prioritetlərimizdən biri olaraq qalır”, - Putin deyib.

Rusiya Federasiyasının prezidenti xatırladıb ki, bu günlərdə dostluq münasibətlərinin əsasları haqqında müqavilənin 30 illiyi qeyd olunur.
“Bütün bu müddət ərzində biz parlamentlər, nazirliklər, idarələr, partiyalar, bölgələr və ictimai təşkilatlar vasitəsilə müntəzəm və mənalı siyasi əlaqələr saxlamışıq”, - Rusiya dövlətinin başçısı əlavə edib.
Rusiya lideri xatırladıb ki, bu yaxınlarda həmkarı hələ ictimai təhlükəsizlik naziri olarkən Rusiyaya səfər edib.
Putin onu da qeyd edib ki, ticarət-iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir.

“Ötən il ticarət dövriyyəsi 8% artıb. Bununla bağlı hər iki tərəfin hökumətlərarası komissiyası yaxından işləyir. Ticarət dövriyyəsinin artmasına təbii ki, Avrasiya İqtisadi İttifaqı ilə Vyetnam arasında 2015-ci ildə imzalanmış azad ticarət sazişinin icrası şərait yaradır”, - Putin qeyd edib.

20.06.24, 10:01
Rusiya Prezidenti Vladimir Putin Hanoyda Prezident Sarayına gəlib və burada Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə danışıqlar aparacaq.
Rusiya lideri ötən gecə Hanoy şəhərinə gəlib. Sarayın əsas girişinin qarşısındakı meydanda rəsmi qarşılanma mərasimi keçiriləcək, ardınca liderlərin birgə fotoşəkilləri və Rusiya-Vyetnam danışıqları aparılacaq.
Həmçinin imzalanmış sənədlərin mübadiləsi mərasimi keçiriləcək, prezidentlər mətbuata bəyanatlarla çıxış edəcəklər.
Hanoydakı Prezident Sarayı Vyetnam dövlət başçısının rəsmi iqamətgahıdır. Dörd mərtəbəli bina 20-ci əsrin əvvəllərində İtalyan Neorenessans üslubunda inşa edilmişdir, xarakterik xüsusiyyətləri bölünmüş pedimentlər, möhtəşəm pilləkənlər və klassik sütunlardır.
Vyetnam müstəqillik qazanmazdan əvvəl saray Hind-Çin general-qubernatorunun iqamətgahı idi. Ərazidə Ho Şi Minin 1958-1969-cu illərdə yaşadığı iki mərtəbəli taxta ev var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0