SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Özüyeriyən "Sezar"lar Cənubi Qafqaza niyə gəlir?

© AFP 2024 / FADEL SENNA"Caesar" özüyeriyən artilleriya sistemi
Caesar özüyeriyən artilleriya sistemi  - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Abunə olmaq
Millət vəkili Asim Mollazadə Ermənistan XİN-in bəyanatını məsuliyyətsiz açıqlamalar adlandırıb.
BAKI, 20 iyun — Sputnik. Ermənistanın Fransadan 36 ədəd "Caesar" özüyeriyən artilleriya sistemi aldığına dair məlumatın yayılması Cənubi Qafqazda situasiyanı yenidən gərginləşdirib.
Bu xəbərə Azərbaycan Müdafiə Nazirliyinin verdiyi reaksiya da bunu göstərirdi. İyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, "Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq".
Fransa-Ermənistan hərbi əməkdaşlığı bu gün ortaya çıxan məsələ deyil. Rəsmi Bakı postmüharibə dövründə Parisin regiona müdaxilə cəhdlərinə qarşı sərt ritorika ilə reaksiyalar verir. Görünən odur ki, Fransa regiondakı maraqlarını təmin etmək üçün hər bir yola əl atmaqda qərarlıdır. Bölgədə sülh gündəliyi üzrə danışıqların getdiyi ərəfədə hərbi ritorikanın yenidən işə salınması müharibə təhlükəsini yenidən ortaya çıxarır.
Baş verənlərə Rusiyanın münasibəti də aydındır. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən bildirib ki, Qərbin Cənubi Qafqazdakı gündəliyi heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmir.

"Region xaricində olanlar Cənubi Qafqaza öz planları ilə gedirlər ki, bu, yumşaq desək, heç də həmişə regional dövlətlərin maraqlarına uyğun gəlmir. Hesab edirik ki, bu, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək", – Qaluzin bildirib.

© AFP 2024 / SAMEER AL-DOUMY"Caesar" özüyeriyən artilleriya sistemi
 Артиллерийские установки (САУ) CAESAR - Sputnik Azərbaycan, 1920, 20.06.2024
"Caesar" özüyeriyən artilleriya sistemi
Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, "Caesar"ların Ermənistana satılmasının məqsədi yaxın məsafədə baş verəəck döyüşlərəd Ermənistan ordusunun döyüş qabiliyyətini artırmaqdır:

"Amma bu cür texnikaların Ermənistana verilməsi bu ölkənin ordusunun Azərbaycan silahlı qüvvələri qarşısındakı acınacaqlı vəziyyətini yaxşılaşdırmır. Azərbaycan ordusu 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinə ağır mənəvi psixoloji zərbə vurub. Dİgər tərəfdən bu gün ordumuzun arsenalında Ermənistana satılan silahların analoqları mövcuddur.Qeyd edilməlidir ki, bu satınalma Ermənistan ordusunun artilleriya sistemləri üçün bir yenilikdir. Daha əvvəllər də onlarda özüyeriyən sistemləri olub, ancaq NATO standartlarına uyğun qurğuların alınması yenilikdir. Bu baxımdan bunu təkcə Fransa ilə tərfdaşlıq kimi yox, həm də Ermənistan-NATO hərbi texniki əməkdaşlığının bir hissəsi kimi dəyərləndirməliyik. NATO-ya üzv olan ölkələrlə hərbi texniki əməkdaşlığa dair saziş imzalananda və yaxud da bu istiqamətdə hansısa satınalma həyata keçiriləndə NATO-nun hərbi rəhbərliyinə məlumat veirlir və bu istiqamətdə digər tərəfin mövqeyinə uyğun addım atılır".

© Photo : AZƏRTACRamil Məmmədli
Ramil Məmmədli - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Ramil Məmmədli
Onun sözlərinə görə, bu satınalma Ermənistanın hər hansı hərbi-texniki üstünlüyünü formalaşdıra bilməz:
"Caesar" özüyeriyən artilleriya qurğularının texniki göstərciləri yüksəkdir. Artıq bəllidir ki, Ermənistan həm Avropa İttifaqını, həm də NATO-nu bölgəyə gətirib. Əvvəlcə hərbi texniki sahədə satınalmalar həyata keçiriləcək, sonrak mərhələdə NATO-nun defakto üzlvlüyü istimqaətində addımlar atılacaq".
Hərbi ekspert deyir ki, bu silahların analoqo Azərbaycan ordusunun arsenalında var:

"Bunlardan ordumuzun arsenalında yer alan Çexiya istehsalı "DANA" özüyeriyən artilleriya qurğusunu misal göstərə bilərik. Amma Ermənistan bununla regionda yeni münaqişənin başlanğıcını qoyur. Bu isə heç də yaxşı nəticələr verməyəcək".

© AR Ministry of DefenceDANA özüyeriyən artilleriya sistemi
Проведены практические стрельбы из самоходных артиллерийских установок DANA - Sputnik Azərbaycan, 1920, 20.06.2024
DANA özüyeriyən artilleriya sistemi
Onu da qeyd edək ki, Ermənistan XİN-in iyunun 19-da yaydığı məlumatda qeyd olunub ki, Azərbaycanın regional eskalasiyanın mümkünlüyü ilə bağlı bəyanatları noyabrda keçiriləcək COP29 sammitindən sonra yeni hərbi əməliyyatlara başlamaq niyyətlərini göstərir.
Hərbi ekspert bildirir ki, Azərbaycanın bu istiqamətdə hər hansı hərbi əməliyyatlar keçirmək niyyəti yoxdur:
"Bu sadəcə Ermənistan hökumətinin təxribat xarakterli açıqlamalarıdır. Onlar bu cür informasiyaları tirajlamaqla Azərbaycanı dünya ictimaiyyətinə aqressor kimi göstərməyə çalışırlar".
Millət vəkili Asim Mollazadə Ermənistan XİN-in bəyanatını məsuliyyətsiz açıqlamalar adlandırıb. O qeyd edib ki, Fransanın və Qərbin əlində alətə çevrilmiş Ermənistan bu günlərdə əldə etdiyi yeni silahlara haqq qazandırmaq üçün bu cür cəfəng bəyanatlar yayır:
"Azərbaycanın yeni hərbi əməliyyatlara başlamaq planları yoxdur. Sülh sazişi üzrə danışıqların getdiyi bir vaxtda silahlanma ümumi prosesə ziyan vurur. Ermənistan sülh prosesindən yayınmaq üçün oyunlar oynayır, sülh istiqamətində zəruri addımları atmır".
© Photo : APAAsim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı - Sputnik Azərbaycan, 1920, 20.06.2024
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı

"Ermənistanın bu ağlı kimdən aldığı bizə bəllidir. Neokolonializm ideaları ilə yaşayan ölkələr Ermənistanı istismar edir. Ehtimal edirəm ki, Ermənistan XİN-in açıqlamasından sonra həmin idealarla yaşayan ölkələrin Ermənistana dəstəkləri daha da arta bilər. Həmin ölkələr Rusiyanın Ukraynadakı əməliyyatları fonunda Cənubi Qafqazdakı boşluğu ələ keçirməyə çalışırlar. Bütün bu proseslərin nəticəsi kimi, Ermənistan müstəmləkə ölkəyə çevrilə bilər", – millət vəkili qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Pulemyot, arxiv - Sputnik Azərbaycan, 1920, 16.06.2024
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Atəşkəsin pozulması hansı maraqlara xidmət edir?
Xəbər lenti
0