https://sputnik.az/20240616/ateskesin-pozulmasi-hansi-maraqlara-xidmet-edir-465403087.html
Atəşkəsin pozulması hansı maraqlara xidmət edir?
Atəşkəsin pozulması hansı maraqlara xidmət edir?
Sputnik Azərbaycan
Millət vəkili qeyd edib ki, Ermənistan daxilində baş verən istənilən qarşıdurma da Azərbaycanla sərhəddə atəşkəsin pozulmasına gətirib çıxaran amillər... 16.06.2024, Sputnik Azərbaycan
2024-06-16T20:44+0400
2024-06-16T20:44+0400
2024-06-16T15:36+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
atəşkəs
sülh
ermənistan
azərbaycan
ermənistanın baş naziri nikol paşinyan
danışıq
müxalifət
https://cdnn1.img.sputnik.az/img/42352/26/423522647_0:160:3073:1888_1920x0_80_0_0_1f4c84a81f14eccba678fb0d3b69e2f0.jpg
BAKI, 16 iyun — Sputnik. Artıq bir neçə gündür ki, Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan istiqamətində atəşkəs pozulur. Müdafiə Nazirliyinin yaydığı məlumatlardan aydın olur ki, atəşkəsin pozulması gün ərzində bir neçə saat davam edir. Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının getdiyi, Ermənistan rəsmilərinin "bir aya sülh sazişi imzalaya bilərik" dediyi bir vaxtda atəşkəsin pozulması maraq doğurur.Xatırladaq ki, cari ilin fevral ayında Azərbaycan Ordusunun hərbi qulluqçusunun yaralanmasından bu yana Azərbaycan-Ermənistan şərti sərhədində silahlı insident qeydə alınmayıb.Ermənistanda aksiyalar və sülh danışıqları fonunda şərti sərhəddə atəşkəsin pozulması hansı maraqlara xidmət edir? Millət vəkili Arzu Nağıyev və politoloq Samir Hümbətov Sputnik Azərbaycan-a danışıblar. Millət vəkili Arzu Nağıyev bildirir ki, atəşkəsin pozulmasının səbəblərindən ən önəmlisi Paşinyan hakimiyyətinin sülh müqaviləsinin imzalanması ilə bağlı verdiyi bəyanatlardır:"Onlar sülhlə bağlı çağırışlar edir, eyni zamanda paralel olaraq özlərinə tabe olmayan və olan qurumlar vasitəsilə prosesi pozurlar. Yəni, faktiki olaraq, Ermənistan hakimiyyətinin əməli və sözü üst-üstə düşmür. Bu gün Ermənistan rəsmiləri ağız dolusu sülh sazişinə hazırıq deyirlər, amma əsas hüquqi sənədlərindəki təcavüzkarlıq elementlərini görməzdən gəlirlər". Millət vəkili qeyd edib ki, Ermənistan daxilində baş verən istənilən qarşıdurma da Azərbaycanla sərhəddə atəşkəsin pozulmasına gətirib çıxaran amillər arasındadır:"Biz bilirik ki, "Qarabağ klanı" kimi tanınan keçmiş separatçı və hərbi cinayətkarlar, kilsə Paşinyana qarşıdır. Onlar öz təsirində olan qüvvələr vasitəsilə bölgədə gedən proseslərə müqavimət göstərməyə çalışırlar. Bütün bu baş verənlərdən isə faydalananlar həmişə var. Bunlar həm regionda, həm də ondan çox uzaqda yerləşənlərdir. Onlar Cənubi Qafqazın sabitlik regionuna çevrilməsini həzm edə bilmirlər". Millət vəkili onu da deyir ki, yaranmış vəziyyətdə Paşinyan hakimiyyətinin geriyə yolu yoxdur:Politoloq Samir Hümbətov isə qeyd edir ki, atəşkəsin pozulması təsadüfi hadisə kimi dəyərləndirilə bilməz:Politoloq hesab edir ki, təhlükəsizliyin yetərincə təmin edilməməsinə, ordunun nəzarətsiz davranışlarına qəsdən şərait yaradılır:"Ola bilsin ki, Paşinyan özünə olan təzyiqləri nümayiş etdirərək Azərbaycanın tələblərindən yayınmaq istəyir. Amma buna baxmayaraq əminik ki, Azərbaycanın bütün tələbləri Ermənistan tərəfindən yerinə yetiriləcək. Çünki bu gün Ermənistanda müxalifətin hakimiyyəti dəyişmək üçün ictimai dəstəyi yetərincə deyil. Bu baxımdan atəşkəsin pozulmasında xarici amillər gözardı edilməməlidir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42352/26/423522647_170:0:2901:2048_1920x0_80_0_0_357640676fe98063459bf7237f249ba3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
atəşkəs, sülh, ermənistan, azərbaycan, ermənistanın baş naziri nikol paşinyan, danışıq, müxalifət
atəşkəs, sülh, ermənistan, azərbaycan, ermənistanın baş naziri nikol paşinyan, danışıq, müxalifət
Atəşkəsin pozulması hansı maraqlara xidmət edir?
Millət vəkili qeyd edib ki, Ermənistan daxilində baş verən istənilən qarşıdurma da Azərbaycanla sərhəddə atəşkəsin pozulmasına gətirib çıxaran amillər arasındadır.
BAKI, 16 iyun — Sputnik. Artıq bir neçə gündür ki, Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan istiqamətində atəşkəs pozulur. Müdafiə Nazirliyinin yaydığı məlumatlardan aydın olur ki, atəşkəsin pozulması gün ərzində bir neçə saat davam edir. Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının getdiyi, Ermənistan rəsmilərinin "bir aya sülh sazişi imzalaya bilərik" dediyi bir vaxtda atəşkəsin pozulması maraq doğurur.
Xatırladaq ki, cari ilin fevral ayında Azərbaycan Ordusunun hərbi qulluqçusunun yaralanmasından bu yana Azərbaycan-Ermənistan şərti sərhədində silahlı insident qeydə alınmayıb.
Ermənistanda aksiyalar və sülh danışıqları fonunda şərti sərhəddə atəşkəsin pozulması hansı maraqlara xidmət edir?
Millət vəkili Arzu Nağıyev və politoloq Samir Hümbətov Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Arzu Nağıyev bildirir ki, atəşkəsin pozulmasının səbəblərindən ən önəmlisi Paşinyan hakimiyyətinin sülh müqaviləsinin imzalanması ilə bağlı verdiyi bəyanatlardır:
"Onlar sülhlə bağlı çağırışlar edir, eyni zamanda paralel olaraq özlərinə tabe olmayan və olan qurumlar vasitəsilə prosesi pozurlar. Yəni, faktiki olaraq, Ermənistan hakimiyyətinin əməli və sözü üst-üstə düşmür. Bu gün Ermənistan rəsmiləri ağız dolusu sülh sazişinə hazırıq deyirlər, amma əsas hüquqi sənədlərindəki təcavüzkarlıq elementlərini görməzdən gəlirlər".
"Azərbaycan müvəqqəti sülh istəmir. Tələblərimizi də, təkliflərimizi də Ermənistana təqdim etmişik. Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın hazırkı konstitusiyasına dəyişiklik edilmədikcə, bu ölkə ilə sülh sazişi imzalamaq mümkün deyil. Bu baxımdan hesab edirəm ki, mövcud təxribatlar sülhə tələsdirmək elementinin tərkib hissəsi ola bilər. Amma Ermənistanda nəzərə alınmalıdır ki, atəşkəsin pozulması sülh müqaviləsinin imzalanmasını gecikdirə bilər. Atəşkəsin pozulması həm də xarici auditoriya üçün gedişlərdir, ancaq atəşkəsin istənilən pozulması halının adekvat cavabı verilir və veriləcək".
Millət vəkili qeyd edib ki, Ermənistan daxilində baş verən istənilən qarşıdurma da Azərbaycanla sərhəddə atəşkəsin pozulmasına gətirib çıxaran amillər arasındadır:
"Biz bilirik ki, "Qarabağ klanı" kimi tanınan keçmiş separatçı və hərbi cinayətkarlar, kilsə Paşinyana qarşıdır. Onlar öz təsirində olan qüvvələr vasitəsilə bölgədə gedən proseslərə müqavimət göstərməyə çalışırlar. Bütün bu baş verənlərdən isə faydalananlar həmişə var. Bunlar həm regionda, həm də ondan çox uzaqda yerləşənlərdir. Onlar Cənubi Qafqazın sabitlik regionuna çevrilməsini həzm edə bilmirlər".
Millət vəkili onu da deyir ki, yaranmış vəziyyətdə Paşinyan hakimiyyətinin geriyə yolu yoxdur:
"Bu baxımdan sülh danışıqlarının uzanması, Ermənistanda baş verə biləcək istənilən hakimiyyət dəyişikliyi prosesləri poza bilər".
Politoloq Samir Hümbətov isə qeyd edir ki, atəşkəsin pozulması təsadüfi hadisə kimi dəyərləndirilə bilməz:
"Burada iki variant önə çıxır. Birincisi, Ermənistan ordusu daxilində hakimiyyətə tabe olmayan, beşinci kolona xidmət edən qüvvələrin əli ilə bu, baş verə bilər. Çünki Azərbaycanla sülh prosesinin qarşısının alınması üçün atəşkəsin pozulması prosesini sürətləndirə bilərlər. İkincisi isə, revanşistlərin və siyasi müxalifətin Ermənistan ordusuna təsiri nəticəsində atəşkəs pozula bilər. Hər iki variant yekunda sülh danışıqları prosesinin pozulmasına hesablanıb".
Politoloq hesab edir ki, təhlükəsizliyin yetərincə təmin edilməməsinə, ordunun nəzarətsiz davranışlarına qəsdən şərait yaradılır:
"Ola bilsin ki, Paşinyan özünə olan təzyiqləri nümayiş etdirərək Azərbaycanın tələblərindən yayınmaq istəyir. Amma buna baxmayaraq əminik ki, Azərbaycanın bütün tələbləri Ermənistan tərəfindən yerinə yetiriləcək. Çünki bu gün Ermənistanda müxalifətin hakimiyyəti dəyişmək üçün ictimai dəstəyi yetərincə deyil. Bu baxımdan atəşkəsin pozulmasında xarici amillər gözardı edilməməlidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.