Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Santuş: Mənə etimad göstərdikləri üçün AFFA-ya təşəkkür edirəm

© Sputnik / Murad OrujovFernandu Santuş
Fernandu Santuş  - Sputnik Azərbaycan, 1920, 13.06.2024
Abunə olmaq
Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.
BAKI, 13 iyun — Sputnik. Hər kəsi salamlayıram. Məncə, bu proses haqqında danışmaq üçün kifayət qədər vaxtımız olacaq. Mənə etimad göstərdikləri üçün AFFA-ya təşəkkür edirəm.
"Report" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis AFFA-nın göstərdiyi etimada görə şad olduğunu deyib: "Mənim qərar verməyimdə bəzi məsələlər önəmli oldu. Buna nümunə kimi təqdim edilən layihəni göstərmək olar. Bu gün buradayamsa, deməli, rəhbərlik bu layihənin həyata keçirilməsi üçün mənə inanıb. Buna görə şadam".
Qeyd edək ki, Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.
12.06.24
Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.
AFFA-nın məlumatına görə, bu barədə qərar milli assosiasiyanın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasında qəbul edilib.
Baş məşqçi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.
Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub:
"Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib. Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub".
Xəbər lenti
0