Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rauf Məmmədov Fransa çempionu olub

© Photo : "Shamkir Chess"Rauf Məmmədov
Rauf Məmmədov - Sputnik Azərbaycan, 1920, 10.06.2024
Abunə olmaq
Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.
BAKI, 10 iyun — Sputnik. Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin məlumatına görə, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.
Rauf Məmmədovun heyətində çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü 6 oyunda 2 qələbə qazanıb, 4 dəfə heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.
Qeyd edək ki, 29 xal toplayan "Bischwiller" ikinci, 27 xala malik "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.
Xəbər lenti
0