Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şahmatçımız "Dubay Open" şahmat turnirinin qalibi olub

© AFP 2024 / EDUARDO MUNOZ ALVAREZŞahmat, arxiv
Şahmat, arxiv - Sputnik Azərbaycan, 1920, 02.06.2024
Abunə olmaq
IX turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı "Dubai Open 2024"ü qalib kimi başa vurub.
BAKI, 2 iyun - Sputnik. Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən şahmat üzrə "Dubai Open 2024" beynəlxalq turnirinin qalibi məlum olub. Azərbaycan Şahmat Federasiyasından verilən xəbərə görə, son tura lider kimi başlayan Azərbaycan şahmatçısı Məhəmməd Muradlı bu gün yekun partiyada heç-heçə oynayıb.
IX turda M.Muradlı çinli Dai Çangrenlə xalı yarı bölüb.
Beləliklə IX turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı "Dubai Open 2024"ü qalib kimi başa vurub.
Yarışın qalibi adını qazanan şahmatçımız həm də 16 000 ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.
Turnirdə 6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə E.Səfərli 6-cı yeri tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0