Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Rusiya helikopterləri İranın yüksək dağlıq ərazilərində etibarlıdır

© Sputnik / Евгений ОдиноковMi-171
Mi-171  - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Abunə olmaq
Tehranın Rusiya xilasetmə helikopterlərinin alması ilə bağlı məlumat İran Prezidenti İbrahim Rəisinin ABŞ istehsalı olan Bell-212 helikopteri ilə qəzaya uğraması nəticəsində həlak olmasından bir həftə sonra dərc edilib.
BAKI, 30 may — Sputnik. Sputnik-in hərbi icmalçısı qeyd edib ki, son on ildə yüzlərlə Rusiya helikopteri Hindistan və Çin tərəfindən alınıb.
İran hərbi-texniki əməkdaşlıq çərçivəsində və mülki məqsədlər üçün Rusiya istehsalı olan aviatexnikanı aktiv şəkildə alır və istismar edir. Sputnik-in hərbi icmalçısı Aleksandr Xrolenko bildirib ki, Rusiyanın 21 ədəd xilasetmə, yanğınsöndürmə və döyüş helikopterinin yeni partiyası müqaviləyə əlavə edilib və 2025-2028-ci illərdə İrana təhvil veriləcək.
İslam Respublikasının "İRNA" xəbər agentliyi hələ Prezident İbrahim Rəisinin sağlığında Rusiyadan gecəgörmə naviqasiya cihazları olan 12 xilasetmə helikopter və üç yanğınsöndürmə helikopterinin alındığını bildirib. Həmçinin "altı kiçik dəstək helikopteri" – çox ehtimal ki, çoxməqsədli (döyüş) helikopterləri də qeyd olunur. Müqavilə aprelin sonunda imzalanıb və ilk dörd helikopter 2025-ci ilin yazına qədər təhvil veriləcək. Partiyanın ümumi dəyəri (21 helikopter) 500 milyon dollara bərabərdir.
"İRNA" agentliyi helikopterlərin növlərini açıqlamayıb. "Rusiya Helikopterləri" holdinqi müştərinin razılığı olmadan ixrac müqaviləsinə münasibət bildirmir. Lakin İran mediası xəbərləri İran Qızıl Aypara Cəmiyyətinin Xilasetmə Təşkilatının Rusiyaya məxsus Mi-171E helikopterlərlə (Ulan-Ude Aviasiya Zavodunun istehsalı olan bu cür helikopterlər 2009-cu ildə tədarük edilib) fotoşəkilləri və videoları ilə müşayiət edib. Buna görə də İranın dünyanın bir çox ölkələrində uğurla istismar edilən 12 yeni Mİ-171A2 helikopterinin (çoxməqsədli, axtarış-xilasetmə, sərnişin və nəqliyyat versiyalarında) alacağı ehtimalı yüksəkdir.
© Sputnik / Алексей МайшевMi-171
Mi-171  - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Mi-171
"Yanğın üçlüyü" 2023-cü ilin dekabrında sertifikatlaşdırılmış Rusiyanın yeni Ka-32A11M helikopterləri ilə təqdim oluna bilər.
Tehranın Rusiya xilasetmə helikopterlərinin alması ilə bağlı məlumat İran Prezidenti İbrahim Rəisinin ABŞ istehsalı olan Bell-212 helikopteri ilə qəzaya uğraması nəticəsində həlak olmasından bir həftə sonra dərc edildiyi üçün İran və xarici auditoriyaların xüsusi diqqətini çəkib.
Faciənin səbəblərindən asılı olmayaraq (istintaq davam edir) Rusiya istehsalı olan daha iki helikopterdə prezidenti müşayiət edənlər sağ-salamat təyinat yerinə çatıblar. Faktlar aviasiya təhlükəsizliyi sahəsində xüsusilə inadkardır.
Prinsipial olaraq yeni imkanlar
"Aviation Week" nəşrinin məlumatına görə, İranın hərbi helikopter parkının 94%-i Qərb istehsalıdır. Onların texniki xidməti beynəlxalq sanksiyalarla çətinləşir.
Hərbi Hava Qüvvələrinin arsenalında ABŞ-ın 300 Bell-212 helikopterindən yalnız 12-si qalıb.
1990-cı illərdə alınmış Rusiyanın bir neçə MiQ-29 qırıcısı istisna olmaqla, İran çox uzun müddətdir ki, yeni hücum təyyarələri almayıb. 2023-cü ilin sentyabrında Moskvada Rusiya və İran Prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında konstruktiv danışıqlardan sonra bu işdə yeniləmə olub. İran Silahlı Qüvvələri noyabrda ən son Su-35 döyüş qırıcılarını, Mi-28 hücum helikopterlərini və Yak-130 təlim-məşq təyyarələrini alıb. "Tasnim" agentliyinin məlumatına görə, İran İslam Respublikasının Hərbi Hava Qüvvələri 4++ nəslindən olan cəmi 24 ədəd Su-35 qırıcısı alacaq.
Helikopterlər Silahlı Qüvvələr və mülki aviasiya üçün eyni dərəcədə vacibdir. İran üçün silah embarqosunun başa çatmasından sonra müasir döyüş və xilasetmə aviatexnikasının alınması əsas məqsədə çevrilib.
Rusiyanın təklif edəcəyi çox şey var
Dünyaca məşhur Mi-8 ailəsindən olan unikal Mi-171 helikopterinin ixrac modernləşdirilməsi Rusiya avia istehsalçılarının ən uğurlu inkişaflarından biri kimi tanınır. İki yeni VK-2500PS-03 mühərriki (hər biri 2700 at gücündədir), müasir texnologiyalar və materiallar sayəsində Mi-171 öz imkanlarını xeyli artırıb.
2023-cü ilin əvvəlinə qədər çoxməqsədli Mi-171A2-nin modifikasiyası Şimali Qafqazda sınaqlardan uğurla keçib - yüksək dağlar və havanın sıxlığının az olduğu şəraitdə helikopter əla idarəolunma qabiliyyətini, dayanıqlıq və enerji səmərəliliyini nümayiş etdirib. Uçuş sınaqlarının rəhbəri, Rusiya Qəhrəmanı Aleksandr Klimov qısa və lakonik xarakteristika verib: "Mi-171A2 əsl dağ helikopteridir".
© Sputnik / Александр МельниковMi-171
Mi-171  - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Mi-171
Mi-171A2-nin maksimal sürəti 280 km/saatdır (kreyser sürəti 260 km/saatdır). Praktik tavan - 5000 metrdir. Maksimal uçuş çəkisi 13 ton olan helikopter günün istənilən vaxtında və çətin hava şəraitində (-50 ilə +60 ° C arasında olan hava temperaturunda) 5 tona qədər faydalı yük və ya 27 sərnişini 800 km-ə qədər məsafəyə (əsas çənlərlə) daşımaq qabiliyyətinə malikdir.
Helikopterin kabinəsində analoq alətlər yoxdur - bütün uçuş məlumatları LCD indikatorlarda, o cümlədən termal görüntüləmə kanallarında ətraf məkanın yayımı, real vaxt rejimində helikopterin bütün komponentləri haqqında məlumatlar əks olunur. Rəqəmsal idarəetmə kompleksi kritik pilot rejimlərini və təhlükəli vəziyyətləri xəbərdar edir. Rahatlığı və təhlükəsizliyi artırmaq üçün helikopter oksigen avadanlığı, kondisioner və istilik sistemləri ilə təchiz edilib.
Mi-171A2 Ulan-Udedəki avia zavodunda istehsal olunur. Helikopter "A" kateqoriyası üzrə sertifikatlaşdırılıb, yəni mülki helikopterlər üçün ən sərt uçuş təhlükəsizliyi tələblərinə cavab verir.
Qeyd edək ki, sərnişin, nəqliyyat, axtarış-xilasetmə və çoxməqsədli (döyüş) versiyalarda olan Mi-171 helikopteri dünyanın 30 ölkəsində istismar olunur.
Mi-171Ş modifikasiyası güclü idarəolunmaz silah kompleksi ilə seçilir və xüsusi hərbi əməliyyatlarda, kəşfiyyat və təxribat qruplarının enişində, yerüstü hədəflərin məhv edilməsində, yük və texnikanın daşınmasında istifadə üçün nəzərdə tutulub. İran və Asiya ölkələri üçün çox perspektivli helikopterdir. Xatırladım ki, son on ildə yüzlərlə Rusiya helikopteri Hindistan və Çin tərəfindən alınıb.
Rusiya-İran hərbi-texniki əməkdaşlığı dinamik inkişaf edir. Moskva 2002-ci ildən Tehrana helikopterlər tədarük edir. Bundan əlavə, 2005-ci ildə İran və Rusiya "Tor-M1" zenit-raket komplekslərinin və onlar üçün silah-sursatların tədarükünə dair müqavilə bağlayıb (tədarüklər 2007-ci ildə başa çatıb). Rusiya İranın əsas silah tədarükçüsünə çevrilib (ölkənin ümumi hərbi idxalının təxminən 85%-i). Bu yaxınlarda isə Rusiyanın İrana hərbi yardımı ilə bağlı strateji sazişin hazırlanması barədə məlumatlar ortaya çıxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0