https://sputnik.az/20240530/affa-klublari-cerimeledi-465032973.html
AFFA klubları cərimələdi
AFFA klubları cərimələdi
Sputnik Azərbaycan
Oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması "gənclik şəhəri" təmsilçisini daha 800 manat ziyana salıb. 30.05.2024, Sputnik Azərbaycan
2024-05-30T16:00+0400
2024-05-30T16:00+0400
2024-05-30T16:08+0400
affa
idman
cərimə
klub
https://cdnn1.img.sputnik.az/img/40727/53/407275367_0:155:2001:1280_1920x0_80_0_0_f4d30f474b0b3042c355d359a0046217.jpg
BAKI, 30 may — Sputnik. AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun tərcüməçisi Şahin Abdullayevi cəzalandırıb. Buna klub rəsmisinin Azərbaycan Premyer Liqasının XXXVI turunda baş tutan "Qəbələ" ilə matçın bərpasını ləngitdiyinə görə qırmızı vərəqə alması səbəb olub. Ş.Abdullayev 2 oyunluq diskvalifikasiya olunub, klub 1000 manat cərimələnib. Oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması "gənclik şəhəri" təmsilçisini daha 800 manat ziyana salıb. "Qəbələ" isə 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəbindən 700 manat cərimələnib. XXXVI turda baş tutan "Zirə" - "Səbail" görüşündə baş verənlərə görə hər iki klub cərimə və cəzalara məruz qalıb. Belə ki, "Zirə" klubu 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə isə 1500 manat cərimələnib. "Səbail" klubu 4 futbolçusunun sarı vərəqə görməsi səbəbindən 700, Valdemar Almeydanın ikinci sarıdan qırmızı vərəqə almasına görə isə 500 manat cərimələnib. Qarşılaşmanın 70-ci dəqiqəsində meydandan qovulan portuqaliyalı yarımmüdafiəçiyə 1 oyunluq cəza verilib. AFFA İntizam Komitəsi həmçinin "Turan Tovuz" – "Kəpəz" oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Tovuz klubunu 800 manat cərimələyib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40727/53/407275367_120:0:1827:1280_1920x0_80_0_0_a07c988bb6f5d581ac0e7a59eb8ad4c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
affa, cərimə, klub
AFFA klubları cərimələdi
16:00 30.05.2024 (Yenilənib: 16:08 30.05.2024) Oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması "gənclik şəhəri" təmsilçisini daha 800 manat ziyana salıb.
BAKI, 30 may — Sputnik. AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun tərcüməçisi Şahin Abdullayevi cəzalandırıb. Buna klub rəsmisinin Azərbaycan Premyer Liqasının XXXVI turunda baş tutan "Qəbələ" ilə matçın bərpasını ləngitdiyinə görə qırmızı vərəqə alması səbəb olub.
Ş.Abdullayev 2 oyunluq diskvalifikasiya olunub, klub 1000 manat cərimələnib. Oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması "gənclik şəhəri" təmsilçisini daha 800 manat ziyana salıb.
"Qəbələ" isə 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəbindən 700 manat cərimələnib.
XXXVI turda baş tutan "Zirə" - "Səbail" görüşündə baş verənlərə görə hər iki klub cərimə və cəzalara məruz qalıb. Belə ki, "Zirə" klubu 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə isə 1500 manat cərimələnib.
"Səbail" klubu 4 futbolçusunun sarı vərəqə görməsi səbəbindən 700, Valdemar Almeydanın ikinci sarıdan qırmızı vərəqə almasına görə isə 500 manat cərimələnib. Qarşılaşmanın 70-ci dəqiqəsində meydandan qovulan portuqaliyalı yarımmüdafiəçiyə 1 oyunluq cəza verilib.
AFFA İntizam Komitəsi həmçinin "Turan Tovuz" – "Kəpəz" oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Tovuz klubunu 800 manat cərimələyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.