Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Xankəndidə Rusiyanın Baş Konsulluğu açılacaq

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidXankəndi, arxiv
Xankəndi, arxiv - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Abunə olmaq
Milli Məclisin komitə sədri Səməd Seyidov Rusiya Federasiyası Federasiya Şurasının komitəsinin rəhbəri Federasiya Qriqori Karasinlə görüşündə deyib ki, Azərbaycan və Rusiya region dövlətləri arasında münasibətlərin yeni konsepsiyasını təqdim edə biliblər.
BAKI, 27 may - Sputnik. Rusiya yaxın vaxtlarda Xankəndində Rusiyanın Baş Konsulluğunu açmaq niyyətindədir və bu məsələdə Azərbaycanın dəstəyinə ümid edir. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.
© SputnikRusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin  - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin

“İkitərəfli məsələlərimizdən Xankəndidə Baş Konsulluğun açılmasını qeyd edərdim. Bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və dəstəyinizə ümid edirik”, - komitə rəhbəri deyib.

Karasin bunun cari ildə həyata keçirilməsi istəyini dilə gətirib.

“Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək”, - Karasin əlavə edib.

Öz növbəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Karasinlə görüş əsnasında deyib ki, Azərbaycan və Rusiya region dövlətləri arasında münasibətlərin yeni konsepsiyasını təqdim edə biliblər.

“Bakı və Moskva qlobal miqyasda sübut edə bildilər ki, Azərbaycan və Rusiyanın regionda yürütdüyü siyasət beynəlxalq prinsiplərə, qanunlara və qaydalara ən adekvat cavab verir və onların ən yaxın qonşuları ilə əməkdaşlığı gücləndirməyə xidmət edir”, - millət vəkili vurğulayıb.

Onun sözlərinə görə, bu konsepsiyanı iki dövlətin rəhbərləri formalaşdırıb və bu siyasətin başlanğıcı Rusiya Prezidenti Vladimir Putinin 2001-ci ildə Azərbaycana səfəri və daha sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşü ilə qoyulub.
“Bu görüş regiona münasibətdə mövcud olan stereotipləri, yanaşmaları alt-üst etdi”, - Seyidov əlavə edib.
O, həmçinin hesab edir ki, Bakı və Moskva qlobal miqyasda Azərbaycan və Rusiya Federasiyasının regionda yürütdüyü siyasətin “beynəlxalq prinsiplərə, qanunlara və qaydalara ən adekvat cavab verdiyini və onun ən yaxın qonşuları ilə əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini” qlobal miqyasda sübut edə biliblər.
© Photo : REPORTSəməd Seyidov, arxiv
Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Səməd Seyidov, arxiv
Deputat əlavə edib ki, Rusiya Qafqaz ölkəsidir və regionda həmişə var olacaq.
Seyidov və Karasin həmçinin iyunun 20-dən 21-dək Moskvada keçiriləcək parlamentlərarası komissiyanın qarşıdakı iclasına hazırlıq məsələlərini də müzakirə ediblər.
Görüş zamanı tərəflər Azərbaycan və Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlıq, ümumi elmi-linqvistik məkanın qorunması və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Mixail Yevdokimov - Sputnik Azərbaycan, 1920, 29.12.2023
RUSİYA
Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir - səfir
Xəbər lenti
0