Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir - səfir

© Photo : MFAMixail Yevdokimov
Mixail Yevdokimov - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Abunə olmaq
Səfir bildirib ki, ötən il 270 Azərbaycan vətəndaşı Rusiya Federasiyasının büdcəsi hesabına Rusiyaya təhsil almağa gedib.
BAKI, 29 dekabr — Sputnik. Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlamətdar oldu və bu, ənənəvi olaraq gərgin ikitərəfli gündəliyə müsbət dinamika əlavə etdi.
Bunu "Sputnik Azərbaycan"a Rusiyanın Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov ikitərəfli münasibətlərdə 2023-cü ilin yekunlarını şərh edərkən deyib.
"Heydər Əliyeviç SSRİ-nin və Azərbaycanın görkəmli dövlət xadimidir. Onun həm Azərbaycan dövlətçiliyinin formalaşmasında, həm də Rusiya-Azərbaycan əlaqələrinin inkişafında xidmətlərini qiymətləndirmək çətindir. Həm Rusiyada, həm də Azərbaycanda bu böyük tarixi şəxsiyyətə həsr olunmuş çoxlu tədbirlər keçirilib. Heydər Əliyeviçin 100 illik yubileyi həm Moskvada, həm Sankt-Peterburqda, həm də Rusiyanın vilayətlərində, xüsusən Həştərxan vilayətində, Yekaterinburqda, Xabarovskda, Kurqanda, Vladiqafqazda, Krasnoyarskda, Ufada geniş şəkildə qeyd olunub" - səfir bildirib.
Diplomat qeyd edib ki, "Bakıda Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 20-ci iclası və Milli Məclisin xüsusi iclasında Rusiya parlamentarilərinin iştirakı, Dövlət Dumasında mövzu sərgisi, Rusiya televiziyasında filmlərin nümayişi" Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
"Yeri gəlmişkən, qeyd edim ki, bu yubiley ilində Rusiya diplomatik missiyasının əməkdaşları "Heydər zirvəsi"nə (3751 m) qalxıblar" - Yevdokimov sözünə davam edib.
"İkitərəfli münasibətlərdə biz Rusiya və Azərbaycan liderləri Vladimir Vladimiroviç Putin və İlham Heydəroviç Əliyev tərəfindən 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin həyata keçirilməsi yolu ilə inamla irəliləyirik. Bütün il ərzində dövlət, hökumət başçıları, baş nazir müavinləri, parlament sədrləri və onların müavinləri, təhlükəsizlik şuralarının rəhbərliyi, nazirliklər, idarələr, mərkəzi banklar səviyyəsində sıx əlaqələr saxlanılıb" - Yevdokimov bildirib.
Səfir qeyd edib ki, ticarət-iqtisadi əlaqələri də yüksələn xətlə inkişaf edir.
"Yanvar-noyabr aylarında qarşılıqlı ticarət dövriyyəsi 21% artaraq 3,952 milyard dollar təşkil edib. İyulun 7-də Moskvada iqtisadi əməkdaşlıq üzrə ikitərəfli Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib və ticarət sahəsində qarşılıqlı fəaliyyətin geniş spektri, iqtisadi, elmi-texniki və mədəni-humanitar sahələrdə qarşılıqlı əlaqələrin geniş çeşidli məsələləri nəzərdən keçirilib. Komissiyanın növbəti iclasının 2024-cü ildə Bakıda keçirilməsi planlaşdırılır. Hazırda Rusiya-Azərbaycan əməkdaşlığının 2024-26-cı illər üçün əsas istiqamətlərinin inkişafı üzrə Tədbirlər Planının idarələrarası razılaşdırılması başa çatdırılır" - diplomat deyib.
Onun fikrincə, ötən il ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi regionlararası əlaqələr olub:
"Bakıya Dağıstan Respublikası Hökumətinin sədri A.M.Əbdülmüslimov və Xalq Məclisinin sədri Z.A.Əskenderov, Həştərxan vilayətinin qubernatoru İ.Y.Babuşkin, Tatarıstan Respublikasının başçısı R.N.Minnixanov, Moskva Şəhər Dumasının sədri A.V.Şapoşnikov, eləcə də Rusiyanın 20-dən çox regional biznes missiyası səfər edib. Növbəti Rusiya-Azərbaycan regionlararası forumunun 2024-cü ildə Rusiyada keçirilməsi planlaşdırılır".
Yevdokimov qeyd edib ki, il mədəni-maarif sahəsində də hadisələrlə yadda qalıb:
"Aprel ayında Bakıda "Azərbaycanda rus kinosu günləri" festivalı uğurla keçirilib, may ayında Mingəçevirdə iki ölkənin gənclər təşəbbüslərinin III forumu təşkil olunub, noyabrda Rusiyanın fəxri qonaq statusunda çıxış etdiyi IX Bakı Beynəlxalq kitab sərgisi, həmçinin Azərbaycandan mədəniyyət naziri Adil Kərimlinin iştirak etdiyi IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu keçirilib".
"Bakıya bu il Moskva, Sankt-Peterburq, eləcə də Primorsk diyarı, Həştərxan vilayəti, Tatarıstan və Dağıstandan musiqi və teatr kollektivləri qastrol turları ilə gəliblər. Rusiyanın tanınmış mədəniyyət xadimlərinin yubileyinə - R.Q.Həmzətovun 100 illiyinə, S.V.Raxmaninovun 150 illiyinə, A.N.Ostrovskinin 200 illiyinə və s. həsr olunmuş bir sıra layihələr həyata keçirilib. Ümumi tarixi yaddaşın qorunması üçün, o cümlədən Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünün qeyd olunması çərçivəsində 40-dan çox tədbir keçirilib " - Yevdokimov bildirib.
Səfir, həmçinin təhsil sahəsində əməkdaşlığın gücləndiyini vurğulayıb. Ötən il 270 Azərbaycan vətəndaşı Rusiya Federasiyasının büdcəsi hesabına Rusiyaya təhsil almağa gedib.
"Fürsətdən istifadə edərək "Sputnik Azərbaycan" xəbər agentliyinin oxucularını heç də az maraqlı olmayacaq Yeni il münasibətilə təbrik etmək istərdim. Ölkələrimizdə prezident seçkiləri keçiriləcək, Rusiya MDB-BRİKS-in sədri kimi çoxsaylı tədbirlər keçirəcək və bu tədbirlərə azərbaycanlı dostlar da dəvət olunacaq. Bundan əlavə, A.S.Puşkinin 225, M.Y.Lermontovun 210 illik yubileylərini qeyd edəcəyik. Yeni ildə hər kəsə xoşbəxtlik, cansağlığı və uğurlar arzulayıram!" – deyə Yevdokimov arzularını bildirib.
Xəbər lenti
0