Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan paraatleti dördqat dünya çempionu olub

© AP Photo / Emilio MorenattiAzərbaycanın paraatleti Lamiyə Vəliyeva
Azərbaycanın paraatleti Lamiyə Vəliyeva - Sputnik Azərbaycan, 1920, 25.05.2024
Abunə olmaq
Lamiyə Vəliyeva Kobedəki turnirin ilk günündə 100 metr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
BAKI, 25 may - Sputnik. Azərbaycanın paraatleti Lamiyə Vəliyeva dördqat dünya çempionu olub.
O, Yaponiyanın Kobe şəhərində keçirilən yarışda T13 kateqoriyasında 400 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb.
Vəliyeva finişə 55.03 saniyəyə çatıb.
Qeyd edək ki, bu, 22 yaşlı paralimpiya çempionunun ümumilikdə dördüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva Kobedəki turnirin ilk günündə 100 metr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, ötən il Fransanın paytaxtı Parisdə təşkil edilən dünya çempionatında 100 və 400 metr məsafəyə qaçışda qızıl medala sahib çıxıb.
Xəbər lenti
0