Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rusiya millisinin qapıçısı Lunyovun Ağdamın "Qarabağ" klubundakı maaşı açıqlanıb

© AFP 2023 / SVEIN OVE EKORNESVAGAndrey Lunyov, arxiv şəkli
Andrey Lunyov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Abunə olmaq
Futbol üzrə Rusiya milli komandasının qapıçısı Andrey Lunyovun Ağdamın "Qarabağ" klubunda aldığı maaş məlum olub.
BAKI, 24 may — Sputnik. Rusiyalı qapıçının agenti Anton Smirnov qapıçının hazırkı Azərbaycan çempionu "Qarabağ"la razılaşmasının bəzi təfərrüatlarını açıqlayıb. O, qeyd edib ki, ilkin olaraq Ağdamın komandası Lunyovla nəinki 1 illik müqavilə imzalamayacağı, hətta müqavilənin uzadılması variantının da olması müzakirə olunub.
Futbol üzrə hüquqşünas müvəkkilinin "Qarabağ"dakı mövsümü üçün aldığı məbləği də açıqlayıb.

"Maliyyə şərtləri cüzi olub - 200 min avro. Bu məbləği Azərbaycan mətbuatı da təsdiqləyib. Ancaq müzakirə olunub ki, əgər hər şey yaxşı getsə, dekabrda şərtlərə yenidən baxılacaq və yenilənmiş şərtlərlə müqavilənin uzadılması təklif olunacaq. Hər kəs bu şərtlərin çox aşağı olduğunu çox gözəl başa düşürdü", - "RB Sport" Smirnovdan sitat gətirir.

Xatırladaq ki, Andrey Lunyov ötən ilin yayında Ağdam klubunda çıxış etməyə başlayıb və onun müqaviləsi cari mövsümün sonunda başa çatır. Qapıçının özü Ağdam klubu ilə əməkdaşlığı davam etdirmək ehtimalını şərh edərkən, hələlik bütün diqqətini mövsümün son oyunlarına yönəltdiyini, müqavilə barədə sonra düşünəcəyini qeyd edib.
Onu da qeyd edək ki, Lunyov "Qarabağ" komandası ilə birlikdə Avropa Liqasının 1/8 finalına vəsiqə qazanıb, həmçinin vaxtından əvvəl Azərbaycan Premyer Liqasının çempionu olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0