Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Çevrilişlər ənənəsinə son: Ərdoğan yeni konstitusiya qəbul etmək niyyətindədir

© AP Photo / Darko VojinovicRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 22.05.2024
Abunə olmaq
Türkiyənin hazırkı əsas qanunu 40 ildən çox əvvəl qəbul edilib və ona bir neçə dəfə düzəlişlər edilib. Lakin ölkədə baş verən son hadisələr daha geniş dəyişikliklərin olacağı məsələsini gündəmə gətirib.
BAKI, 22 may - Sputnik. Ötən həftə Türkiyədə yüksək rütbəli polislərin iştirakı ilə dövlət çevrilişinin hazırlanması ilə bağlı Türkiyə hakimiyyəti tərəfindən yayılan məlumatlar prezident Rəcəb Tayyib Ərdoğana yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyindən danışmağa əsas verib. Bir gün əvvəl Nazirlər Kabinetinin iclasından sonra Türkiyə lideri bildirib ki, yeni fundamental qanunun qəbulu türk demokratiyasına dövlət çevrilişi ənənəsinə son qoymağa imkan verəcək.

“Gələcək nəsillər liberal konstitusiya ilə idarə olunmağa layiqdirlər”, - Türkiyə prezidenti vurğulayıb.

Türkiyə hüququnun bu günü
Respublikada indi 1982-ci ildə hərbi diktatura dövründə qəbul edilmiş konstitusiya qüvvədədir. Onun mətnini ümumxalq səsverməsində iştirakçıların 92%-dən çoxu dəstəkləyib. Hərbi çevrilişin lideri, general Əhməd Kənan Evren ölkə prezidenti olub.
Ötən illər ərzində bir neçə onlarla konstitusiya dəyişikliyi və əlavələri qəbul edilib ki, bunlar arasında seçkilər və prezidentlik müddəti ilə bağlı iki məqam önə çıxır. Beləliklə, 2007-ci ildə Türkiyədə prezident seçkiləri birbaşa keçirilib və dövlət başçısının səlahiyyət müddəti 5 il olub. 2018-ci ildə konstitusiyaya yenidən baxılıb, nəticədə prezidentin səlahiyyətlərinin müddəti daha bir müddətə yenidən seçilmək hüququ ilə yeddi ilə qədər uzadılıb.
Elə həmin il ölkə rəsmi olaraq prezident üsul-idarə formasına keçdi və baş nazir vəzifəsi ləğv edildi.
Hərbçilərin hüquq və imtiyazları da məhdud idi. Silahlı Qüvvələrə bağlı olan şəxslər seçilmək hüququndan məhrum ediliblər. Əvvəllər mövcud olan hərbi məhkəmələr ləğv edildi və hərbi qulluqçularla bağlı bütün proseslər ümumi yurisdiksiya məhkəmələrində aparılmağa başladı.
© Sputnik / Алексей Витвицкий / Mediabanka keçidTürkiyə bayrağı, arxiv
Референдум по изменению конституции Турции - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Türkiyə bayrağı, arxiv
Dəyişikliklər sabitliyi təmin etmədi
Türkiyə Konstitusiyasına qəbul edilən dəyişikliklər ölkənin rasional idarəçiliyini təmin etməli və siyasi sistemin təhlükəsizliyini artırmalı idi. Bununla belə, mümkün çevriliş cəhdi ilə bağlı son hadisələr bir daha mövcud qanunvericilik ətrafında müzakirələrə səbəb olub. Ərdoğanın bəyanatlarına əsaslansaq, o, hesab edir ki, məhz qanunvericilikdəki boşluqlar müəyyən qruplara hakimiyyətin güc yolu ilə dəyişdirilməsinin mümkünlüyü barədə düşünməyə imkan verir.
Bununla belə, əksər ekspertlər yekdil fikirdədirlər ki, cəmiyyətdə sabitlik üçün demokratik qanunvericiliklə yanaşı, sabit siyasi sistem və fikir ayrılıqlarının hüquqi çərçivədə həlli ənənələri lazımdır.
Ərdoğan nə istəyir?
Prezidentin yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyi ilə bağlı açıqlamaları hələlik ümumi xarakter daşıyır. Türkiyə liderinin əldə etmək istədiyi məqsədləri qeyd etsə də, təklif olunan konkret dəyişikliklər barədə məlumat yoxdur.
Şərqşünas-türkşünas alim Yaşar Niyazbayev qeyd edir ki, bir qayda olaraq əvvəlki çevrilişlərin əsas hərəkətverici qüvvəsi olan hərbçilər üçün bütün imtiyazların artıq ləğv edildiyini nəzərə alsaq, yeni konstitusiyanın qəbulu məsələsinə dair yekdilliyə nail olmaq çox çətin olacaq.
© AFP 2023 / OMAR HAJ KADOURTürkiyə hərbçiləri, arxiv
Турецкие солдаты, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Türkiyə hərbçiləri, arxiv

“Kürd partiyası artıq bu müzakirələrdə iştirak etməyəcəyini bildirib. Kamalistlər hesab edirlər ki, yeni konstitusiyanın müzakirəsi vaxtı deyil, çünki indiki konstitusiyanın tələblərinə hələ tam əməl olunmayıb”, - Niyazbayev qeyd edir.

2007, 2010 və 2018-ci illərdə konstitusiyaya edilmiş əhəmiyyətli dəyişiklikləri xatırladan ekspert xəbərdarlıq edir ki, ölkənin əsas qanununa hər 8-10 ildən bir dəyişiklik edilməsi zərurəti ehtimalının özü artıq yanlışdır və cəmiyyətdə vəziyyətin əlavə olaraq pisləşməsinə gətirib çıxarır.
Mütəxəssis hesab edir ki, bu vəziyyət prezident Ərdoğanın özünün irəli sürdüyü sabit siyasi sistem yaratmaq məqsədi ilə ziddiyyət təşkil edir və qarşıya qoyulan məqsədlərə çatmaq üçün vasitə ola bilməz.
Ekspertin fikrincə, əsas səylər bir və ya bir neçə yüksək rütbəli liderin təcrid olunması və ya hətta fiziki məhv edilməsi ümumi idarəetmə strukturunun işinə təsir göstərməyəck. O bildirib ki, ölkənin əsas kursunu dəyişmədən onun əvvəlki kimi davam etməsinə imkan verən hakimiyyət sisteminin qurulmasına yönəldilməlidir. O, əmindir ki, məhz belə bir sistem sabit sayıla bilər və çevriliş cəhdlərini faydasız edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0