CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diplomları tanınmayan ali təhsil müəssisələrinin siyahısı açıqlanıb

© AFP 2023 / FRED DUFOURİmtahan
İmtahan - Sputnik Azərbaycan, 1920, 22.05.2024
Abunə olmaq
Siyahı ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə edib.
BAKI, 22 may — Sputnik. Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrinin siyahısı tərtib edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) məlumat yayıb. Qeyd olunub ki, siyahı ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə edib.
Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri də açıqlanıb. Belə ki, sözügedən məsələdə mənfi qərarların səbəbləri kimi akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil alınan ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması, tədris yükünün normativdən az olması göstərilib.
09.08.21, 15:38
Azərbaycanda diplomu tanınmayan xarici universitet filiallarının adları açıqlanıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu müraciətlərin əksər hissəsi adları aşağıda qeyd olunan ali təhsil müəssisələri ilə bağlıdır:
1. Dağıstan Dövlət Universiteti
2. Cənubi Rusiya Humanitar İnstitutu
3. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu
4. Rusiya Dövlət Sosial Universiteti
5. Moskva Dövlət Açıq Universiteti
6. Regionlararası Heyətin İdarəolunması Akademiyası
7. Müasir Humanitar Akademiya
8. "YUJDAQ" İnstitutu
9. Dnepropetrovsk Milli Universiteti
10.Hüquq və İdarəetmə Akademiyası (İnstitut)
11. Anadolu Universiteti
Bildirilib ki, yalnız aşağıda adları qeyd edilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar ölkəmizdə tanınır:
1. Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);
2. Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);
3. V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);
4. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).
Həmçinin oxuyun:
Diplomu tanınmayanlar: Kimi təhsil aldığı ölkədə olmayıb, kimi də tədris dilini bilmir
MİQ imtahanları ilə bağlı narazılıqlara aydınlıq gətirildi
Xəbər lenti
0