https://sputnik.az/20210804/Diplomu-tannmayanlar-Kimi-thsil-ald-lkd-olmayb-kimi-d-tdris-dilini-bilmir-427620539.html
Diplomu tanınmayanlar: Kimi təhsil aldığı ölkədə olmayıb, kimi də tədris dilini bilmir
Diplomu tanınmayanlar: Kimi təhsil aldığı ölkədə olmayıb, kimi də tədris dilini bilmir
Sputnik Azərbaycan
Agentliyin xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyi, eləcə də, bu... 04.08.2021, Sputnik Azərbaycan
2021-08-04T16:25+0400
2021-08-04T16:25+0400
2021-08-04T16:31+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082874_0:0:3087:1737_1920x0_80_0_0_d7c3e45618adc7da636ec00d40c448e0.jpg
BAKI, 4 avqust — Sputnik. İyul ayı üzrə xaricdə təhsil alanların diplomlarının tanınması barədə statistika açıqlanıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən ay 257 müraciətçinin 219-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 38 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 12, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, digər səbəblər üzrə 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 121, Ukraynadan 50, Türkiyə Respublikasından 46, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 12, Gürcüstandan 11, digər ölkələrdən isə 17 müraciətin olduğu müşahidə olunur.Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 70, hüquqşünaslıq üzrə 31, iqtisadiyyat üzrə 16, biznesin idarə edilməsi üzrə 15, menecment üzrə 13 nəfər müraciətçi qeydə alınıb.Qeyd edək ki, iyun ayında tanınma üzrə icrası 16 gün ərzində tamamlanan 208 müraciətçinin 144-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 64 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 33, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 77, Ukraynadan 62, Türkiyə Respublikasından 37, Gürcüstandan 8, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 5, digər ölkələrdən isə 19 müraciətin olduğu müşahidə olunub. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 34, iqtisadiyyat üzrə 17, menecment üzrə 15, tibb 13, maliyyə və kredit üzrə 8 nəfər müraciətçi qeydə alınıb.Məlumat üçün onu da qeyd edək ki, bu günlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması üçün yeni veb-sayt (www.tkta.edu.az) yaradaraq vətəndaşların istifadəsinə verib. Təqdim olunan veb-sayt istənilən informasiyanın rahatlıqla əldə edilə bilməsi üçün daha da müasir və funksional formatda yenidən hazırlanıb. Əlavə olaraq, agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların indi tanınma üzrə daha da rahat müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verib.Bu keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər. Agentlik vətəndaşları yalnız yuxarıda qeyd edilən və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi mənbələri sayılan keçidlərdən istifadə etməyə çağırır. Agentliyin xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyi, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadıqları bildirilir.Həmçinin oxuyun:Diplomun tanınmamasının maraqlı səbəbləriHərbçi olmağı universitet diplomundan üstün tutan qazimiz - FOTO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/28/424082874_313:0:3044:2048_1920x0_80_0_0_3b92e293ed6755c22ef0b93993ded296.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
Diplomu tanınmayanlar: Kimi təhsil aldığı ölkədə olmayıb, kimi də tədris dilini bilmir
16:25 04.08.2021 (Yenilənib: 16:31 04.08.2021) Agentliyin xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyi, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadıqları bildirilir.
BAKI, 4 avqust — Sputnik. İyul ayı üzrə xaricdə təhsil alanların diplomlarının tanınması barədə statistika açıqlanıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən ay 257 müraciətçinin 219-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 38 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 12, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, digər səbəblər üzrə 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 121, Ukraynadan 50, Türkiyə Respublikasından 46, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 12, Gürcüstandan 11, digər ölkələrdən isə 17 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 70, hüquqşünaslıq üzrə 31, iqtisadiyyat üzrə 16, biznesin idarə edilməsi üzrə 15, menecment üzrə 13 nəfər müraciətçi qeydə alınıb.
Qeyd edək ki, iyun ayında tanınma üzrə icrası 16 gün ərzində tamamlanan 208 müraciətçinin 144-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 64 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 33, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 77, Ukraynadan 62, Türkiyə Respublikasından 37, Gürcüstandan 8, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 5, digər ölkələrdən isə 19 müraciətin olduğu müşahidə olunub. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 34, iqtisadiyyat üzrə 17, menecment üzrə 15, tibb 13, maliyyə və kredit üzrə 8 nəfər müraciətçi qeydə alınıb.
Məlumat üçün onu da qeyd edək ki, bu günlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması üçün yeni veb-sayt (www.tkta.edu.az) yaradaraq vətəndaşların istifadəsinə verib. Təqdim olunan veb-sayt istənilən informasiyanın rahatlıqla əldə edilə bilməsi üçün daha da müasir və funksional formatda yenidən hazırlanıb. Əlavə olaraq, agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların indi tanınma üzrə daha da rahat müraciət edə bilməsi üçün
www.taninma.az keçidini istifadəyə verib.
Bu keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər. Agentlik vətəndaşları yalnız yuxarıda qeyd edilən və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi mənbələri sayılan keçidlərdən istifadə etməyə çağırır. Agentliyin xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyi, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadıqları bildirilir.