Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Peşəkar Çövkən Liqasının açılış mərasimi olub - VİDEO

© Sputnik / Murad OrujovÇövkən yarışı
Çövkən yarışı - Sputnik Azərbaycan, 1920, 21.05.2024
Abunə olmaq
Azərbaycan Çövkən Liqasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev azarkeşləri salamlayıb və iştirakçı komandalara uğurlar arzulayıb.
BAKI, 21 may — Sputnik. Binə Atçılıq Mərkəzində Azərbaycanda ilk dəfə təşkil olunan Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, vitse-prezidenti Bəhruz Nəbiyev, federasiya rəsmiləri və idman nümayəndələri iştirak ediblər.
Azərbaycan Çövkən Liqasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev azarkeşləri salamlayıb və iştirakçı komandalara uğurlar arzulayıb.
Daha sonra isə Peşəkar Çövkən Liqasını rəsmi olaraq açıq elan edib.
Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rəsmi çıxışlardan sonra Peşəkar Çövkən Liqasının paradı keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0