Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Braziliya 2027-ci ildə qadınlar arasında dünya çempionatına ev sahibliyi edəcək

© AFP 2023 / MAURO PIMENTELBraziliya
Braziliya  - Sputnik Azərbaycan, 1920, 17.05.2024
Abunə olmaq
Konqresdəki səsvermənin nəticələrinə görə, Braziliya Belçika, Niderland və Almaniyanın birgə iddiasını üstələyib.
BAKI, 17 may — Sputnik. Braziliya Respublikası 2027-ci ildə futbol üzrə qadınlar arasında dünya çempionatına ev sahibliyi edəcək.
Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) cümə günü Banqkokda keçirilən Konqresində məlum olub.
Konqresdəki səsvermənin nəticələrinə görə, Braziliya Belçika, Niderland və Almaniyanın birgə iddiasını üstələyib.
Qeyd edək ki, Braziliya ABŞ, Almaniya və Fransadan sonra həm qadınlar, həm də kişilər arasında dünya çempionatına ev sahibliyi edən dördüncü ölkə olacaq.
Xəbər lenti
0