DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Başqa ölkələrdəki həbsxanalardan və ruhi xəstəxanalardan miqrantlar ABŞ-a axışır - Tramp

© AFP 2023 / CHANDAN KHANNATramp
Tramp - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Abunə olmaq
ABŞ-ın keçmiş Prezidenti Donald Trampın fikrincə, Co Baydenin hazırkı administrasiyası qərara alıb ki, dünyanın hər yerindən insanların, o cümlədən məhbusların və ruhi xəstələrin ölkəyə daxil olmasına imkan verən açıq sərhədlər lazımdır.
BAKI, 9 may — Sputnik. Amerika Birləşmiş Ştatları sərhədini keçən sənədsiz miqrantlar arasında zamanında digər ölkələrin həbsxanalarında və ya ruhi xəstəxanalarda saxlanılanlar da var.
Bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp "WGAL" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Co Baydenin hazırkı administrasiyası qərara alıb ki, dünyanın hər yerindən insanların, o cümlədən məhbusların və ruhi xəstələrin ölkəyə daxil olmasına imkan verən açıq sərhədlər lazımdır.

"Biz hamını qəbul edirik", - siyasətçi istehza ilə vurğulayıb.

Bundan əvvəl amerikalı sahibkar və milyarder İlon Mask xəbərdarlıq etmişdi ki, miqrantların nizamsız axını səbəbindən gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq.
BMT - Sputnik Azərbaycan, 1920, 27.03.2024
DÜNYA XƏBƏRLƏRİ
BMT: Son on ildə 63 mindən çox miqrant həyatını itirib
Xəbər lenti
0