DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT: Son on ildə 63 mindən çox miqrant həyatını itirib

© AP Photo / Mary AltafferBMT
BMT - Sputnik Azərbaycan, 1920, 27.03.2024
Abunə olmaq
"Miqrant ölümlərinin sənədləşdirilməsinin onilliyi" adlı hesabatda axtarış və xilasetmə imkanlarının gücləndirilməsinin və daha təhlükəsiz miqrasiya marşrutlarının olmasının vacibliyi bildirilib.
BAKI, 27 mart — Sputnik. BMT-nin Miqrasiya Agentliyi son on il ərzində 63 mindən çox miqrant ölümünü qeydiyyata alıb. Əvvəlki illərlə müqayisədə ən çox ölüm halı 2023-cü ildə baş verib.
Sputnik Azərbaycan BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, 28 min 854 miqrant Aralıq dənizində həlak olub. Onların əsas hissəsi Əfqanıstan, Myanma, Suriya və Efiopiya vətəndaşlarıdır. Ölüm hallarının təxminən 60 faizi suda boğulma ilə bağlıdır.
"Miqrant ölümlərinin sənədləşdirilməsinin onilliyi" adlı hesabatda axtarış və xilasetmə imkanlarının gücləndirilməsinin və daha təhlükəsiz miqrasiya marşrutlarının olmasının vacibliyi bildirilib.
Hesabatda, həmçinin itkin düşənlərin ölənlər siyahısına daxil edildiyi və onların da sayının artdığı vurğulanır. Məlumata görə, siyahıda yer alanların üçdə ikisindən çoxu itkin düşənlərdir.
Xəbər lenti
0