https://sputnik.az/20240504/rusiyali-qapici-yaxin-gelecekde-qarabagla-muqavilesini-uzada-biler-464371211.html
Rusiyalı qapıçı yaxın gələcəkdə "Qarabağ"la müqaviləsini uzada bilər
Rusiyalı qapıçı yaxın gələcəkdə "Qarabağ"la müqaviləsini uzada bilər
Sputnik Azərbaycan
Ağdam klubu Andrey Lunevin maaşını artırmağa hazırdır, lakin bu, medianın bu yaxınlarda yazdığı kimi əhəmiyyətli dərəcədə məbləğ olmayacaq. 04.05.2024, Sputnik Azərbaycan
2024-05-04T10:50+0400
2024-05-04T10:50+0400
2024-05-04T10:52+0400
"qarabağ" fk
idman
bayer
bayer
qapıçı
müqavilə
rusiyalı
ağdam
klub
futbol
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0f/461337021_0:0:3072:1728_1920x0_80_0_0_a2eb079cebc8698560f264bbca431e37.jpg
BAKI, 4 may — Sputnik. Ağdamın "Qarabağ" klubu və onun rusiyalı qapıçısı Andrey Lunev müqavilənin uzadılması ilə bağlı ilkin razılığa gəlib. Yerli mətbuatın yazdığına görə, Rusiya millisinin qapıçısı Ağdamın klubunda oynamağa davam etmək niyyətindədir. Qeyd olunur ki, tərəflər danışıqları bərpa ediblər və "Qarabağ" Lunevin maaşını artırmağa hazırdır, lakin bu, əvvəllər elan olunmuş məbləğdən aşağı, yəni ayda 600 min dollar (təxminən bir milyon manat) olacaq. Qeyri-rəsmi mənbələrə görə, 32 yaşlı qapıçı cari mövsümün sonunda başa çatacaq müqaviləyə əsasən 200 min dollar (340 min manat) alır. Yaxın günlərdə müqavilənin yenilənə biləcəyi bildirilir. Qeyd edək ki, bu yaxınlarda media qapıçı ilə Ağdamın klubu arasında gərgin münasibətlərin olmasından yazıb. Xüsusilə, Lunevin meneceri Anton Smirnov "Qarabağ"ı ittiham edib ki, sosial şəbəkələrdə yeni müqavilədə tələb olunan maaşın məbləği barədə məlumat məhz onun təşəbbüsü ilə yayılıb. "Qarabağ" ittihamları rədd edib. Görünür, tərəflər arasında gərginlik səngiyib. Andrey Lunev ötən ilin avqustunda Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevi əvəzləyərək "Qarabağ" komandasına keçib. Rusiyalı qapıçının gəlişi ilə Ağdamın klubu həm ölkə Premyer Liqasında, həm də Avropa yarışlarında nəzərəçarpacaq dərəcədə az qol buraxmağa başlayıb. Buna baxmayaraq Leverkuzenin "Bayer" komandası ilə qarşıdurma bir qədər fərqlənir - 1:5 hesablı məğlubiyyət. Lakin burada səbəb Lunev deyil, komanda sinifləri arasındakı fərq və cari mövsümdə bir dəfə də olsun məğlubiyyətə uğramayan "Bayer" komandasının fenomenal forması olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0f/461337021_0:0:2732:2048_1920x0_80_0_0_1f3dd0331153dbb72c6726cbaeb41bc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
"qarabağ" fk, bayer, bayer, qapıçı, müqavilə, rusiyalı, ağdam, klub, futbol
"qarabağ" fk, bayer, bayer, qapıçı, müqavilə, rusiyalı, ağdam, klub, futbol
Rusiyalı qapıçı yaxın gələcəkdə "Qarabağ"la müqaviləsini uzada bilər
10:50 04.05.2024 (Yenilənib: 10:52 04.05.2024) Ağdam klubu Andrey Lunevin maaşını artırmağa hazırdır, lakin bu, medianın bu yaxınlarda yazdığı kimi əhəmiyyətli dərəcədə məbləğ olmayacaq.
BAKI, 4 may — Sputnik. Ağdamın "Qarabağ" klubu və onun rusiyalı qapıçısı Andrey Lunev müqavilənin uzadılması ilə bağlı ilkin razılığa gəlib.
Yerli mətbuatın yazdığına görə, Rusiya millisinin qapıçısı Ağdamın klubunda oynamağa davam etmək niyyətindədir. Qeyd olunur ki, tərəflər danışıqları bərpa ediblər və "Qarabağ" Lunevin maaşını artırmağa hazırdır, lakin bu, əvvəllər elan olunmuş məbləğdən aşağı, yəni ayda 600 min dollar (təxminən bir milyon manat) olacaq.
Qeyri-rəsmi mənbələrə görə, 32 yaşlı qapıçı cari mövsümün sonunda başa çatacaq müqaviləyə əsasən 200 min dollar (340 min manat) alır. Yaxın günlərdə müqavilənin yenilənə biləcəyi bildirilir.
Qeyd edək ki, bu yaxınlarda media qapıçı ilə Ağdamın klubu arasında gərgin münasibətlərin olmasından yazıb. Xüsusilə, Lunevin meneceri Anton Smirnov "Qarabağ"ı ittiham edib ki, sosial şəbəkələrdə yeni müqavilədə tələb olunan maaşın məbləği barədə məlumat məhz onun təşəbbüsü ilə yayılıb. "Qarabağ" ittihamları rədd edib. Görünür, tərəflər arasında gərginlik səngiyib.
Andrey Lunev ötən ilin avqustunda Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevi əvəzləyərək "Qarabağ" komandasına keçib. Rusiyalı qapıçının gəlişi ilə Ağdamın klubu həm ölkə Premyer Liqasında, həm də Avropa yarışlarında nəzərəçarpacaq dərəcədə az qol buraxmağa başlayıb.
Buna baxmayaraq Leverkuzenin "Bayer" komandası ilə qarşıdurma bir qədər fərqlənir - 1:5 hesablı məğlubiyyət. Lakin burada səbəb Lunev deyil, komanda sinifləri arasındakı fərq və cari mövsümdə bir dəfə də olsun məğlubiyyətə uğramayan "Bayer" komandasının fenomenal forması olub.